Lütvəli Babayev ifadə verdi - “Onun səsini şəxsən mən yazmışdım”

14 il icra başçısı işləmiş Lütvəli Babayev oğlunun zərərçəkmiş kimi tanındığı iş üzrə məhkəmədə ifadə verib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, keçmiş məmur cinayət işində əsas şahidlərdən biridir.
 

Cinayət hadisəsi ilə bağlı “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimov ittiham olunur. Onların hər ikisi həbsdədir. 


İstintaq materiallarında qeyd edilir ki, Aruz və Ehtiram tanışları Babəli Babazadəyə məxsus 2 milyon manat dəyərində əmlakı sataraq əldə edilən vəsaiti mənimsəyiblər. Onlar əvvəlcə külli miqdarda vergi borcu olan Babəlini Türkiyəyə göndərib etibarnamə alaraq evini və digər əmlakını satıblar. Təqsirləndirilən şəxslər isə bu ittihamı qəbul etmir, əksinə Babəlinin tüfeyli həyat sürdüyünü və ona vəziyyətdən çıxmaqda kömək etdiklərini bildirirlər.

Lütvəli Babayev bu işdə şahid olsa da, məhkəmədə daha çox zərərçəkmiş kimi danışıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər oğlunun etibarından istifadə ediblər. Xüsusilə də Aruz Babəlinin aldadılmasında əsas rol oynayıb.

Onun cinayətə aid səs yazısını şəxsən özü yazaraq istintaqa təqdim edib: 

“Aruz mənim oğlumun həkimi olub, oradan münasibətləri yaranıb. Hətta Babəli onu xəstəxanaya işə düzəldib. Çörək verdiyi adamı bu günə qoymazlar axı… Oğlumun güvənindən sui-istifadə edib. Babəlini Türkiyəyə göndərəndən sonra əmlakını ələ keçiriblər. Sual verirəm, Aruz, mənim oğlumu Türkiyəyə niyə göndərirdin, hansı məqsədlə? Aruzun səs yazısını şəxsən mən yazıb istintaqa vermişəm. Həmin kaset məhkəmədə də var. Oğlumu aldadıb əmlakını ələ keçiriblər. Mən Aruzla düşmənlik etmirəm, sadəcə tələb edirəm ki, əmlakı qaytarsınlar”.

Lütvəli Babayev oğluna nəzarət etməməsi ilə bağlı deyilən sözlərə isə “Yazırlar ki, oğlum uşaqdır, mənim də ondan xəbərim olmayıb. 100 il əvvəl Böyük Britaniyanın Baş nazirinin 25 yaşı var idi. Nə olsun ki? Babəli də böyük oğlandır”, - deyə cavab verib.

L.Babayev bu işin ədalətli araşdırılması üçün məhkəməyə and verib: 

“Düzdür, din dövlətdən ayrıdır. Amma yenə də Qurani-Kərimin xətrinə ədalətli qərar çıxarmanızı xahiş edirəm”.

Müdafiə tərəfinin vəkili İlqar Rüstəmov isə Lütvəli Babayevin ifadəsinə etiraz edib. Vəkil Babayevin şahid kimi deyil, zərərçəkmiş kimi davrandığını deyib: 

“Bu adam iş üçün əhəmiyyətli heç nə demir. 20 dəqiqəlik ifadəsində şahid kimi əhəmiyyət kəsb edən bir dənə də söz demədi. Britaniyanın Baş nazirindən girdi, qohumunun Türkmənistana ərə getməsinə qədər danışdı. Yarım saatdır biz buna qulaq asırıq. Bu, zərərçəkmiş yox, şahiddir. Ümumiyyətlə, bu şəxsin dindirilməsinə qarşı etiraz verəcəyik”.

Hakim Mahirə Kərimova vəkilin etirazını nəzərə alaraq prosesin təxirə salınmasına qərar verib. Proses gələn dəfə Lütvəli Babayevin sorğu-sual edilməsi ilə davam edəcək.

Qeyd edək ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı olub. Oğlu Babəli Babayev isə iş adamıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublar

Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublar

İkinci Liqa: “Xankəndi” böyükhesablı qələbə qazandı

İkinci Liqa: “Xankəndi” böyükhesablı qələbə qazandı

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə bu üç abidədən biri ucaldılacaq – FOTO

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə bu üç abidədən biri ucaldılacaq – FOTO

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

Xəstəxanaya da niqabsız buraxmırlar... – Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

Xəstəxanaya da niqabsız buraxmırlar... – Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

Ağcaqanadları məhv etmək üçün dron hazırlandı – VİDEO

Ağcaqanadları məhv etmək üçün dron hazırlandı – VİDEO

Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü

Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü

Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş...

Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş...

Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırıldı – VİDEO

Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırıldı – VİDEO

Gəncədə DƏHŞƏT – Ər arvadını başından bıçaqladı

Gəncədə DƏHŞƏT – Ər arvadını başından bıçaqladı

Cəlilabadda YOL QƏZASI – Xəsarət alanlar var

Cəlilabadda YOL QƏZASI – Xəsarət alanlar var

Üzüm çəyirdəyi insan ömrünü 150 ilə çatdıra bilər – Çin laboratoriyasından sensasion açıqlama

Üzüm çəyirdəyi insan ömrünü 150 ilə çatdıra bilər – Çin laboratoriyasından sensasion açıqlama

Sarkozi yenidən AZADLIQDA

Sarkozi yenidən AZADLIQDA

Azərbaycanda “Vətənpərvərlik haqqında” qanun qəbul edilə BİLƏR?

Azərbaycanda “Vətənpərvərlik haqqında” qanun qəbul edilə BİLƏR?

"İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"

"İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"

Suraxanıda AĞIR QƏZA – Xəsarət alan var – VİDEO

Suraxanıda AĞIR QƏZA – Xəsarət alan var – VİDEO

Tava niyə yapışır? - Şeflərin illərdir istifadə etdiyi sadə üsul açıqlandı

Tava niyə yapışır? - Şeflərin illərdir istifadə etdiyi sadə üsul açıqlandı

"Euronews" Bakı Beynəlxalq İncəsənət Festivalı və onun iştirakçılarına material həsr edib

"Euronews" Bakı Beynəlxalq İncəsənət Festivalı və onun iştirakçılarına material həsr edib

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

Lukaşenko: “ABŞ-la danışıqlara başlayacağıq” – VİDEO

Lukaşenko: “ABŞ-la danışıqlara başlayacağıq” – VİDEO

"Dedim ki, Rəqsanəni kim buraxıb bura?"

"Dedim ki, Rəqsanəni kim buraxıb bura?"

İcra başçıları toya nə qədər pul yazdırır?

İcra başçıları toya nə qədər pul yazdırır?

Nərimanı transfer etmək istəyən klublar 2,5 milyon avro ÖDƏMƏLİ OLACAQ

Nərimanı transfer etmək istəyən klublar 2,5 milyon avro ÖDƏMƏLİ OLACAQ

Vətən Müharibəsində məhv edilən yüksəkrütbəli erməni hərbçilərinin SİYAHISI

Vətən Müharibəsində məhv edilən yüksəkrütbəli erməni hərbçilərinin SİYAHISI

End of content

No more pages to load

RADİO