Şabranda bıçaqlanma hadisəsi baş verib.
Bu gün axşam saat 21:30 radələrində Şabran şəhəri ərazisində şəhər sakini, 53 yaşlı Söhrab Əhmədov şəxsi münaqişə zəminində qardaşı, 62 yaşlı Teymura bıçaqla xəsarət yetirib.
Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisəni törədən S.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.