Gəncədə sevgilini qətlə yetirməkdə təqsirləndirilən Sərdar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Mahmudovun icraatına verilib.
Qeyd edək ki, bu il Gəncə şəhərində zibilkdən qadın meyti tapılıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib.
Məlum olub ki, 19 yaşlı qızı sevgilisi Sərdar Cəfərov boğaraq öldürüb. Daha sonra mərhumun meyitini 1 ay zibilkdə gizlədib.Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
Məlumata görə, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.
Bizim.Media