Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, 1971-ci il təvəllüdlü Çimnaz Şirəliyeva yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub.
Avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Xəstəxanaya yerləşdirilən qadının isə vəziyyətinin orta ağır olduğu bildirilir. Sürücünün tapılması istiqatimətində axtarışlara başlanıb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media