Mobil torpaq laboratoriyaları yerlərdə: Xaçmazda torpaq analizləri birbaşa təsərrüfatlarda aparılıb

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin birbaşa əkin sahələrində və yerlərdə müəyyən edilməsi ilə bağlı işlərini davam etdirir. Bu işlər komitənin mobil torpaq və bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Belə ki, mayın 17-də mobil torpaq laboratoriyaları Xaçmaz rayonun bir neçə kəndində olan fermer təsərrüfatı ərazilərində olub, birbaşa sahələrdə analiz aparıb.

Mobil laboratoriyaların əsas məqsədi torpaqların münbitliyinin öyrənilməsi, əkin işləri zamanı səmərəliliyin maksimum səviyyəyə çatdırılmasına nail olmaqdır. Buna uyğun olaraq fermerlər torpaqda əkin işlərini görməzdən əvvəl investisiya qoyacaqları ərazilərin xüsusiyyətlərini öyrənməlidirlər.

Kənd təsərrüfatı işləri ilə məşğul olanlar bu məsələləri qısa zamanda, öz əkin sahələrində öyrənmək imkanına malikdir. Xaçmazın bir neçə kəndində olan mobil laboratoriyalar iri və kiçik təsərrüfatlarda, bağlarda, həyətyanı torpaqlarda analizlər aparıb, əkin yerlərinin keyfiyyət və münbitliyini ölçüb. Eyni zamanda, sahələrdə bitkilərin də analizləri aparılıb.

Rayonun iri meyvə bağlarında olan mobil laboratoriyalar torpağın münbitliyini, quraqlıq və şoranlaşma dərəcəsini müəyyənləşdiriblər. Məhsuldarlıqla bağlı düzgün qərarların qəbulu üçün torpaq analiz edilib, onun münbitliyinin artırılması ilə əlaqədar tövsiyələr, təkliflər verilib.

Kiçik təsərrüfatlarda, kəndlinin torpaqlarında da xidmət göstərən mobil laboratoriyalar torpağın “qida rasionu”nu, əkin sahələrinin yararlı olub-olmamasını düzgün müəyyənləşdirib. Torpaq nümunəsi mobil laboratoriyalarda quraşdırılmış modern cihazlar vasitəsilə yerindəcə analiz edilib. Analizlər nəticəsində torpaqların ən vacib göstəriciləri – ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu təyin olunub. Fermerlərə təhlillərin cavabını əks etdirən sənədlər təqdim edilib. Kəndlilər yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə də operativ olaraq məlumat alıblar.

Ümumilikdə bu günə qədər mobil torpaq laboratoriyaları vasitəsilə bir neçə rayonda 20 min hektardan artıq ərazidə tədqiqat işləri aparılıb. Bunun da çox hissəsi pambıq sahələrinin, taxılçılığın, tütünçülüyün, bağçılığın və digər əkin-biçin yerlərinin payına düşür.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə təkcə səyyar torpaq laboratoriyasının imkanlarından deyil, həm də Bakıda fəaliyyət göstərən stasionar laboratoriyalardan istifadə etməklə fermerlərə xidmət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir. Qeyd edilməlidir ki, indiyə kimi 3 milyon hektara yaxın ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində 600 min hektardan çox ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib. Bundan başqa 3 milyondan artıq bitki nümunələri də laboratoriya şəraitində analiz edilib.

Mülkiyyətçilər torpaq analizlərinin aparılması, onun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə Komitəyə müraciət edə bilərlər. Mobil torpaq laboratoriyaları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün (012) 533-19-58 və ya (055) 341-73-50 telefon nömrələri ilə əlaqə saxlamaq kifayətdir.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

End of content

No more pages to load

RADİO