10 manat ver SOYADINI dəyişdir – “Ov”, “yev”-ləri ləğv etmək üçün SƏNƏDLƏR 

Azərbaycanda hələ də “ov” və “yev” soyadları üstünlük təşkil edir. Soyad sonluqlarının dəyişdirilməsini arzulayanlar çox olsa da, onlar heç də prosedurun asan olmasından xəbərdar deyillər. 

Bizim.Media xatırladır ki, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib.
 

MÖZVU İLƏ BAĞLI:

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə MÜHÜM XƏBƏR - VİDEO


Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.

18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. 

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Tələb olunan sənədlərə gəlincə, onların siyahısı da uzun deyil. Bunu elektron qaydada etmək mümkündür.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin elektron xidmətləri arasında “soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidməti mövcuddur. Bunun üçün istifadəçi tərəfindən elektron qaydada ərizə doldurulur.  

Ərizəyə qeyd olunan sənədlər əlavə olunur:

1. İstifadəçinin ilkin hərbi qeydiyyata alınması haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin skan edilmiş surəti;

2. istifadəçinin 3x4 ölçüdə elektron formatda fotoşəkli;

3. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti.

“Dövlət rüsumu haqqında” qanuna əsasən, soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat rüsum ödənməlidir. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

End of content

No more pages to load

RADİO