Fransalı deputatlar Bakıdakı erməni kilsəsində olublar

Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa dostluq qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyəti Bakıda yerləşən Müqəddəs Qriqori Kilsəsində (erməni kilsəsi) olublar.

Bizim.Media-nın məlumatına görə, fransalı qonaqlara kilsənin tarixi, onun qorunub saxlanılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda yüksək səviyyədə təmin olunan dini və etnik tolerantlıq burda müxtəlif konfessiyaların sərbəst fəaliyyətinə imkan yaradır. Bildirilib ki, kilsədə erməni dilində minlərlə kitab qorunub saxlanılır. Bu kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var.

Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda 27 il işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələri məhv etməsinə baxmayaraq, Azərbaycan həmişə başqa dinlərə və mədəniyyətlərə tolerantlıq nümayiş etdirib. Qonaqların diqqətinə çatdırılıb ki, Müqəddəs Qriqori kilsəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.

Qonaqlar kilsədə gördüklərinin onlarda böyük təəssürat yaratdığını, Azərbaycanda dini və etnik tolerantlığın nümunəsi kimi qiymətləndirdiklərini bildiriblər.

Daha sonra Fransa Milli Assambleyasının üzvləri Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar. Qonaqlara universitetin tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib. UFAZ-ın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yüksək səviyyəsinin nümunəsi olduğu qeyd edilib. Bildirilib ki, ali məktəbdə tələbələrin 80 faizi Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.

Qeyd olunub ki, 2016-cı ildə fəaliyyətə başlamış Azərbaycan-Fransız Universitetində tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin proqramları üzrə aparılır. Universitetin Azərbaycanla Fransa arasında əlaqələrin inkişafına töhfə vermək potensialına malik olduğu xüsusi vurğulanıb.

Qonaqlar belə bir universitetin fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər. Fransa ictimaiyyətinin Azərbaycan haqqında daha çox məlumatlandırılması üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri noyabrın 12-də Azərbaycana gəlib.

Səfərin əsas məqsədi Ermənistanın sentyabrın 27-də həyata keçirdiyi hərbi təxribatlarla əlaqədar Azərbaycana dəstək ifadə etmək, Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı hücumlarının nəticələri ilə yerində tanış olmaq, bu barədə Fransa ictimaiyyətini daha obyektiv məlumatlandırmaqdır.

Nümayəndə heyətini səfər zamanı Milli Məclisin sədri Sahibə Qafarova, Xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək səviyyəli dövlət rəsmiləri qəbul edib.

Qonaqlar Gəncədə Ermənistanın hücumları nəticəsində baş vermiş dağıntılarla da tanış olublar. Nümayəndə heyətinin Milli Məclisdə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü də keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubalı sakin: Xarıbülbül təkcə Şuşada bitmir - VİDEO

Qubalı sakin: Xarıbülbül təkcə Şuşada bitmir - VİDEO

Bakıda daha bir motoqəza – ÖLƏN VAR

Bakıda daha bir motoqəza – ÖLƏN VAR

Tbilisidə azərbaycanlı tələbə ölü tapıldı - FOTO

Tbilisidə azərbaycanlı tələbə ölü tapıldı - FOTO

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Yayda dollar elə qiymətə satılacaq ki...

Yayda dollar elə qiymətə satılacaq ki...

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

MSK üzvlərinin səlahiyyət müddəti bitir

MSK üzvlərinin səlahiyyət müddəti bitir

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Dünya bazarlarında neft bahalaşdı

Dünya bazarlarında neft bahalaşdı

Təbii qazın SON qiyməti

Təbii qazın SON qiyməti

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Sevgi və pul qapısı açılır - Siyahıda siz də varsınız?

Sevgi və pul qapısı açılır - Siyahıda siz də varsınız?

Tramp: “İranla sazişin konsepsiyası hazırdır”

Tramp: “İranla sazişin konsepsiyası hazırdır”

İlham Əliyev: “Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır”

İlham Əliyev: “Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır”

Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Yağışların müharibə ilə əlaqəsi varmı?

Yağışların müharibə ilə əlaqəsi varmı?

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat – VİDEO

Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat – VİDEO

End of content

No more pages to load

RADİO