Binəqədidə müəmmalı qazıntı: Aylardır işləri yekunlaşdırmayanlar kimlərdir?

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Biləcəri, Baksol və Binəqədi şossesinin kəsişməsində 4 aydır davam edən qazıntı işləri ərazidə yaşayan sakinləri narazı salıb.

Bizim.Media xəbər verir ki, Binəqədi sakinləri ötən həftə ölkə.az-a ünvanladığı şikayətdə hər gün yaranan tıxaclardan gileylənmişdi.

Sakinlər problemin nə vaxt həllini tapacağı - qazıntı və təmirin başa çatacağı vaxtı bilmək istədiklərini qeyd ediblər.

Dərslərin başlamasına sayılı günlər qaldığından və tıxacların daha da artacağı gözlənildiyindən sakinlər yoldakı təmir işlərin tez başa çatacağına ümid edir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, ərazidə qazıntı işləri digər qurumlar tərəfindən aparılır. Agentlikdən qazıntı işlərinin kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar olduğu bildirilib.

İşlərin nə vaxt başa çatacağı ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən işlərin adı çəkilən qurum tərəfindən aparılmadığı bildirilib. Qeyd edilib ki, bununla bağlı yüzlərlə müraciət daxil olsa da, ADSEA işlərin hansı qurum tərəfindən aparılmasından xəbərsizdir.

Binəqədi Rayon İcra Hakimiyyətindən də ərazidə kommunal xətlərin çəkilməsi üçün işlər getdiyi deyilsə də, hansı qurum və ya şirkət tərəfindən görülməsi barədə məlumatsız olduqları bildirilib.

Dövlət qurumlarından birindən əldə edilən məlumata görə, sözügedən ərazidə qazıntı işləri özəl Mənzil-Tikinti Kooperativləri (MTK) və podratçı şirkətlər tərəfindən aparılır və yaxınlıqdakı binalara kommunal xətlər çəkilir.

MTK-ya hansı qurumun icazə verməsi, işlərin konkret olaraq hansı MTK tərəfindən aparılması və nə zaman yekunlaşacağı barədə məlumat almaq mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Yetişmiş qarpızı necə seçmək olar?

Yetişmiş qarpızı necə seçmək olar?

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

Yer Günəşdən maksimum uzaqlaşacaq

Yer Günəşdən maksimum uzaqlaşacaq

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

End of content

No more pages to load

RADİO