Moskvada ermənilərin Şuşa təxribatlarına qarşı tədbirlər görülür

Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Moskvada ermənilər Azərbaycanın işğal altında olan qədim şəhəri Şuşanın işğal günü ilə bağlı guya “azad olunması” tarixinə həsr olunmuş tədbirlər keçirməyə cəhd göstərirlər. Azərbaycan diaspor təşkilatları erməni təxribatlarının qarşısının alınması üçün hərəkətə keçiblər.Yerli Mili-Mədəni Muxtariyyətin Koordinasiya Şurasının sədri Əli Kazımov, Koordinasiya Şurasının üzvü Elxan Rüstəmovxa0 və digərləri ermənilərin tədbir keçirəcəkləri və adını çəkdikləri yerdə olublar, orada rəhbərlik elə bir tədbirin nəzərdə tutulmadığını və o cür tədbirin keçirilməsinə imkan verməyəcəklərini deyiblər. Koordinasiya Şurasının üzvləri həmin tədbirin erməni kilsəsində keçiriləcəyi ilə bağlı məlumatı da diqqətdə saxlayır, bu təxribatın da qarşısını alacaqlarını bildiriblər. Digər məlumata görə, ermənilər oxşar tədbiri erməini tələbələr birliyi adından Moskva Dövlət Universitetindəxa0 də keçirmək istəyirlər. Bu təxribatın da qarşısını almaq üçün Koordinasiya Şurasının sədri Əli Kazımovun imzası ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.A.Sadovniçevə müraciət göndərilib. Müraciətdə göstərirlir : “Hörmətli Viktor Antonoviç! Böyük narahatlıqla Sizə müraciət edərək bildirirəm ki, 07.05.2019-cu il tarixində, Moskva şəhəri, Moraseyka küçəsi, bina 2, ev 9-da, M.V.Lomonosov adına MDU-nin erməni tələbə birliyinin təşəbbüsü ilə, Azərbaycanın Şuşa şəhərinin işğalının 26-illiyini qeyd etmək üçün tədbir keçiriləcək. Tədbir “Azatamartikner Fədailəri ilə Görüş” adı altında keçiriləcək.xa0 Bu tədbirin afişası və onun keçirilməsi formatı həm Rusiya Federasiyasının daxilində, həm də xarici dövlətlərin ərazisində millətlərarası ədavətin qızışdırılmasına, düşmənçilik və bir xalqın digərindən üstün olmasını təbliğ edir. Tələbə cəmiyyətinin himayəsi altında təşkil olunan bu cür tədbirlər, bizim çoxmillətli Rusiyada məskunlaşan xalqlar arasında düşmənçilik yaradan mənfi xarakter daşıyır, Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına almağa, terrorizmə və ekstremizmə bəraət qazandırmağa çağırır. Belə təxribatlar Rusiya cəmiyyətində mənəvi pozuntulara rəvac vermək, kövrək millətlərarası sülh və harmoniyaya qarşı olmaqla yanaşı Rusiya Federasiyasının qanunvericiliyi ilə də ziddiyyət təşkil edir. Rusiya Federasiyası Konstitusiyasının 29-cu maddəsinin müddəalarına görə, xalqlara nifrət və ya düşmənçilik təbliğatı yol verilməzdi. Belə görünür ki, iştirakçılar, həmçinin təşkilatçılar bu cür tədbirlərlə Rusiya Federasiyasının Konstitusiyasını pozur. Bundan əlavə, bu məzmunlu tədbirlər insanları Rusiya Federasiyasında da qadağan olan (Rusiya Federasiyasının Cinayət Məcəlləsi, pp. "b", 2-ci hissə, 282-ci maddə və 205.2-ci maddəsi) ekstremist fəaliyyətə cəlb edə bilər. Yaranmış vəziyyəti nəzərə alaraq bizə belə gəlir ki, qədim ənənələrə malik nüfuzlu universitetinxa0 tərkibində fəaliyyət göstərən milli tələbə təşkilatlarının “Azatamartikner Fədailəri ilə Görüş” və digər bu qəbildən olan tədbirlər tək Rusiya cəmiyyətinə deyil, həm də Rusiya və Azərbaycan xalqları arasında millətlərarası münasibətlərə ciddi ziyan vurur. Bu kimi təxribatlar Rusiyanın ictimai təməllərinin pozulmasına və mənfi meyllərin artmasına səbəb olur. Yuxarıda göstərilənləri nəzərə alaraq, M.V.Lomonosov adına MDU-nin erməni tələbə birliyinin təşəbbüsü ilə adı çəkilən tədbirin keçirilməsi cəhdinin qarşısının alınması üçün dərhal qərar qəbul etməyinizi xahiş edirik. Bu tədbir barədə elan MDU-nun ASA saytında dərc olunub. Həmçinin Universitet rəhbərliyindən xahiş edirik ki, bu faktı nəzərə alaraq gələcəkdə assosiasiyanın Rusiya Federasiyasının ərazisində millətlərarası münasibətlərin qeyri-stabilliyinə yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün zəruri addımlar atsın”.xa0
Son məlumatlara görə, Universitetin rəhbərliyi ilə danışıqlar davam etdirilir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

End of content

No more pages to load

RADİO