Əməl hansı halda dələduzluq kimi qiymətləndiriləcək? - Ali Məhkəmədən AÇIQLAMA

Ali Məhkəmə əməlin hansı halda dələduzluq kimi qiymətləndirilməsi ilə bağlı qərar qəbul edib. 

Bizim.Media xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlməlidir.
 

Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.).


Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Cinayət Məcəlləsinin 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. 

Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin.

Qanundan göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. 

Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir.
 

Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir.


Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

YAP-da TƏYİNATLAT: 6 rayona yeni sədr seçildi - FOTO

YAP-da TƏYİNATLAT: 6 rayona yeni sədr seçildi - FOTO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

End of content

No more pages to load

RADİO