Əmək pensiyaları artırılacaq - Bu tarixdən

Azərbaycanda pensiyalar sonuncu dəfə 2025-ci il yanvarın 1-dən indeksləşdirilərək 8,1% artırılıb və bu artım təxminən 1,1 milyon pensiyaçıya şamil olunub. Eyni zamanda minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb.

Sosial müavinətlərin məbləğləri isə 2025-ci il iyulun 1-dən Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən artırılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanda pensiya və sosial müavinət artımları ilə bağlı “Metbuat.az”ın sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov fikirlərini bölüşüb.

O qeyd edib ki, gələn ildən etibarən əmək pensiyaları indeksləşdirilərək artırılacaq:

"Bu, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğundur və artıq növbəti ilin yanvarından etibarən 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu artımlar əmək pensiyası alan bütün vətəndaşlar üçün nəzərdə tutulur. Söhbət 100 min-dən artıq vətəndaşın pensiyasının indeksləşdirilərək artırılmasından gedir. Həm yaşa görə, həm əlilliyə görə, həm də valideyn itirməyə görə əmək pensiyası alan vətəndaşların pensiya məbləği gələn ildən etibarən indeksləşdirmə nəticəsində artacaq".

Millət vəkili qeyd edib ki, sosial qanunvericiliyin mütəmadi təkmilləşdirilməsi Milli Məclisin əsas fəaliyyətlərindən biridir:

"Əmək və sosial siyasət komitəsi tərəfindən müzakirə edilən qanun layihələri və gələcəkdə müzakirəyə çıxarılacaq layihələr birbaşa sosial təminatın və müdafiənin gücləndirilməsinə, həmçinin bu istiqamətdə qanunverici bazanın təkmilləşdirilməsinə xidmət edir. Bütövlükdə qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritet olaraq qalır və bununla bağlı mütəmadi təkliflərin təqdimatı və layihələrin müzakirəsi müşahidə olunur. 

Sözsüz ki, artımların, xüsusən də əməkhaqqı və pensiya artımlarının müəyyən edilməsi Milli Məclisin səlahiyyətinə daxil deyil. Cənab Prezident tərəfindən sərəncam imzalandıqdan sonra qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır. Milli Məclis bu istiqamətdə qanunvericiliyi formalaşdırır. Minimum pensiya ilə bağlı qanun minimum əmək haqqı ilə əlaqələndirilir", - deyə Vüqar Bayramov əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

End of content

No more pages to load

RADİO