Vardanyan HAKİM QARŞISINDA: Zərərçəkmişlər ifadə verdilər - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 9-da davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Qorxmaz İsgəndərovun hüquqi varisi - atası İsgəndər İsgəndərov ifadəsində oğlunun düşmən təxribatı nəticəsində Kəlbəcərdə həlak olduğunu söyləyib.
 

Zərərçəkmiş şəxs Amid Qədirovun hüquqi varisi – anası Zülfirə Qədirova ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində həlak olduğunu bildirib.


Zərərçəkmiş şəxs Ağami Əlişanovun hüquqi varisi - anası Dilbər Əhmədova ifadəsində oğlunun Ağdərədə düşmən tərəfindən törədilmiş təxribat nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Osman Ağaxanovun hüquqi varisi – atası Qədim Ağaxanov ifadəsində övladının Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin partlaması nəticəsində həlak olduğunu söyləyib.

Zərərçəkmiş Elnur Rüstəmovun hüquqi varisi - atası Faid Rüstəmov ifadəsində oğlunun Kəlbəcərdə düşmənin təxribatı nəticəsində həlak olduğunu söyləyib.

Zərərçəkmiş Ceyhun Şıxəliyevin hüquqi varisi – atası Oktay Şıxəliyev övladının Ağdərənin Sırxavənd kəndində düşmən təxribatı nəticəsində həlak olduğunu deyib.
 

Zərərçəkmiş Arif Əliyevin hüquqi varisi – qardaşı Mübariz Əliyev ifadəsində qardaşının Kəlbəcər rayonunun Susuzluq kəndində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olduğunu bildirib.


Zərərçəkmiş Şöhrət Cəfərov ifadəsində həmin hadisə zamanı yaralandığını deyib. O, hadisə zamanı avtomobildə 7 nəfərin olduğunu, mina partlayışı nəticəsində üç nəfərin - Məhərrəm İbrahimovun (AZƏRTAC-ın müxbiri – red.), Sirac Abışovun (AzTV-nin operatoru – red.) və Arif Əliyevin (Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini – red.) həlak olduğunu, özü də daxil olmaqla digər şəxslərin xəsarətlər aldığını bildirib. “Bədənimdən 30-dək qəlpə çıxarıldı”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Anar Qlinçev dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində qəlpə yarası aldığını bildirib.

Zərərçəkmiş Şəmsi Kazımlı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında düşmən təxribatı nəticəsində iki dəfə - Hadrutda və Laçında yaralandığını deyib.

Azad Axundov Xocavənddə düşmənin açdığı atəşlər nəticəsində yaralandığını söyləyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında hadisə zamanı daha üç nəfərin xəsarətlər aldığını bildirib.

Yusif Kərimov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını söyləyib.

Yusif Ömərov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını bildirib. O deyib ki, hadisə zamanı daha üç nəfər xəsarətlər alıb, bir nəfər isə həlak olub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Neməti Qasemi Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin artilleriya atəşi nəticəsində xəsarətlər aldığını deyib.
 

Mirqabil Mirzəyev və Aqil Rəhimov ifadələrində Xocavənddə düşmən tərəfdən atılmış mərminin partlaması nəticəsində xəsarət aldıqlarını bildiriblər.


Həmid Ağazadə Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Rəhim Nəsirov dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Onun sözlərinə görə, hadisə zamanı daha beş nəfər yaralanıb, bir nəfər isə həlak olub.

Fərman Həsənov ifadəsində Ağdərənin Canyataq kəndi istiqamətində qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib. O əlavə edib ki, hadisə zamanı daha beş nəfər müxtəlif xəsarətlər alıb, iki nəfər həlak olub.

Nazir Nurəliyev Şuşa-Xankəndi istiqamətində qarşı tərəfdən açılmış atəş nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş Turan Məhərrəmovun hüquqi varisi - atası Tərlan Məhərrəmov ifadəsində oğlunun Kəlbəcərdə düşmən tərəfindən açılmış snayper atəşi nəticəsində həlak olduğunu deyib. Rəşad Aslanov Ağdam rayonunun Mərzili kəndində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını bildirib.

Ariz Əliyev Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.
 

İntiqam Cumayev Ağdamda yaralanmış şəxsləri tibbi avtomobillə ərazidən çıxararkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. O deyib ki, təxliyə etməyə çalışdığı yaralanmış şəxslər də həmin vaxt həlak olub.


Dair Cumartov, Elman Bayramov, Samir Yaralıyev, Ömər Əhmədov, Alim Xanəliyev Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Bəxtiyar Verdiyev Ağdərədə düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralandığını bildirib.

Taleh Hacıyev ifadəsində Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Rəşad Aslanov ifadəsində Şuşada Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Digər zərərçəkmiş şəxslər - Hidayət Cahangirov, Ümüd Həsənli, Kənan Məmmədov, Ayaz Rzayev, İlkin Həsənov, Qurban Hüseynov, Hüseyn Hüseynov, Cavid Qarayev, Taleh Sadıqov, Rəvan Manafov, Cəsarət Sarıyev müxtəlif ərazilərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
























































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

End of content

No more pages to load

RADİO