Banklardan gözlənilməz ADDIM – “Keşbek” kampaniyaları LƏĞV OLUNUR?

Banklar müştəri cəlb etmək üçün müxtəlif layihələr həyata keçirirlər. Həmin layihələrdən biri də yüksək “keşbek” (cashback) idi. Bu sahədə ciddi rəqabətə qoşulan banklar çoxsaylı əməliyyat növləri və yüksək faizli “keşbek”lər  vəd edirdilər.

İndi isə banklar bu kampaniyadan geri çəkilirlər.

Bu daha çox “keşbek” faizlərinin aşağı salınmasında özünü göstərir.

Müştərilərin diqqətini çəkmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün son illərdə 2X və daha yüksək keşbek vədləri ilə rəqabətə qoşulan banklar indi faizləri endirir, hətta “keşbek kampaniyaları”nı dayandırırlar.

Bankların bu addım nə ilə bağlıdır?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, Azərbaycan banklarının “keşbek” kampaniyalarını zəiflətməsi və ya tamamilə dayandırmasının bir neçə əsas səbəbi var:

“Birincisi Mərkəzi Bankın tənzimləmələri və xərclərin artmasıdır. Son illər ödəniş sistemləri, rəqəmsal bankçılıq və kart infrastrukturuna dair yeni qaydalar tətbiq olunub. Bu da bankların əlavə xərclərini artırır. Banklar marketinq büdcələrini optimallaşdıraraq yüksək xərcli “keşbek” aksiyalarını azaltmağa məcbur qalır”.

Rəqabət strategiyası dəyişir.

Müsahibimiz qeyd edir ki, ilk mərhələdə banklar müştəri cəlb etmək üçün yüksək “keşbek” (bəzən 5-10%-dək) təklif edirdi:

“İndi isə müştəri bazası sabitləşdiyindən, banklar daha çox xidmət keyfiyyətinə, mobil tətbiqlərə və kredit məhsullarına yönəlir. Üstəlik, ticarət tərəfdaşlarının müqaviməti güclənir. “Keşbek” əslində bank və ya ödəniş sistemi tərəfindən deyil, çox vaxt ticarət şəbəkələrinin komissiyalarından maliyyələşdirilir. Satıcılar artıq bu yükü daşımaq istəmir. Ona görə də bankların təşviq imkanları azalır”.

Qara bazar və sui-istifadələr...

“Bəzi müştərilər yüksək “keşbek”dən istifadə etmək üçün süni əməliyyatlar edirdilər (məsələn, tanış mağazadan alış-veriş edib sonra qaytarmaq). Bu, bankların zərərlə üzləşməsinə səbəb olduğundan “keşbek” limitləri azaldılıb və ya tam dayandırılıb”.

Müsahibimiz bu sahədə regional və dünya təcrübəsindən də danışıb:

“Çox ölkədə “keşbek” kampaniyaları yalnız müəyyən kateqoriyalara (yanacaq, supermarket, restoran və s.) tətbiq olunur. Azərbaycan bankları da kütləvi və yüksək faizli “keşbek” əvəzinə hədəfli və limitli kampaniyalara keçir.

Görünən odur ki, ilkin mərhələdə müştəri qazanmaq üçün istifadə olunan “keşbek” indi banklar üçün maliyyə yükünə çevrilib. Ona görə də kampaniyalar ya məhdudlaşdırılır, ya da bonus sistemləri ilə əvəzlənir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

End of content

No more pages to load

RADİO