Paltaryuyan maşını bu saatlarda işlədin

Paltaryuyan maşınını səhv vaxtda işlətmək elektrik xərclərini gözləniləndən çox artıra bilər. Mütəxəssislərin fikrincə, düzgün saat aralıqlarını seçmək həm büdcəni qoruyur, həm də lazımsız enerji sərfiyyatının qarşısını alır. Kiçik bir dəyişikliklə hər ay ciddi qənaət etmək mümkündür.

Bəs paltaryuyan maşınını nə vaxt işlətmək lazımdır?

Bizim.Media bu düzgün vaxtı təqdim edir:

Paltaryuyan maşınını düzgün vaxtda işlətmək

Məişət texnikası həyatımızı asanlaşdırır, amma səhv istifadə xərcləri artırır. Paltaryuyan maşınlar bu baxımdan ən diqqət tələb edən cihazlardan biridir. Elektrik tariflərinə görə günün müəyyən saatlarında maşını işlətmək cibinizdən əlavə vəsait çıxmasına səbəb ola bilər.

Elektrik şirkətlərinin tətbiq etdiyi “istifadə saatı tarifləri” enerji tələbinin ən yüksək olduğu 16:00–19:00 aralığında qiymətlərin qalxmasına gətirib çıxarır. Bu saatlarda paltar yumaq elektrik xərclərini 20 faizə qədər artırır.

Mütəxəssislər isə paltaryuyan maşını səhərlər 07:00–10:00 saatlarında və ya 19:00-dan sonra işlətməyi məsləhət görürlər.

Soyuq su istifadə edin enerjiyə yarıbayarı qənaət

Paltaryuyan maşının sərf etdiyi enerjinin böyük hissəsi suyun qızdırılmasına gedir. Buna görə də yüksək temperatur əvəzinə soyuq su seçmək qənaətin ən əsas yoludur. Gündəlik geyimləri 30 dərəcədə və ya soyuq suda rahatlıqla yumaq olar.

Məsələn, köynək, cins şalvar və idman geyimlərini aşağı temperaturda yumaq həm rənglərin solmasının qarşısını alır, həm də enerji sərfini azaldır. Beləliklə, həm geyimlər daha uzunömürlü olur, həm də elektrik hesabında nəzərəçarpacaq qənaət əldə edilir.

Gigiyena üçün düzgün temperatur

Aşağı temperatur qənaət etsə də, gigiyena tələb edən paltar və ev əşyaları üçün diqqətli olmaq lazımdır. Dəsmal, yataq dəsti və körpə geyimləri kimi əşyaların təxminən 60 dərəcədə yuyulması tövsiyə olunur. Bu, bakteriyaları məhv edir və əlavə enerji israfının qarşısını alır.

Mütəxəssislər bildirirlər ki, müasir yuyucu vasitələr artıq aşağı temperaturda da ləkələri effektiv şəkildə təmizləyə bilir. Buna görə əvvəlki kimi qaynar suya ehtiyac qalmır həm enerjiyə qənaət olunur, həm də parçalar daha az zədələnir.

Maşını dolu işlədin

Paltaryuyan maşını yarı dolu və ya tam dolu olsa da, demək olar ki, eyni miqdarda su və enerji sərf edir. Ona görə də az miqdarda paltar üçün tez-tez işlətmək artıq xərclərə gətirib çıxarır. Maşının tutumundan tam istifadə etmək uzunmüddətli qənaətin ən sadə yoludur.

Bundan başqa, maşınlarda olan “eko” və ya “sürətli” proqramlardan istifadə də qənaətə kömək edir. Bu rejimlər həm vaxt, həm də enerji baxımından faydalıdır və ətraf mühit üçün də daha uyğundur. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Elşən Heydərli vəzifəsindən azad edildi

Elşən Heydərli vəzifəsindən azad edildi

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Putinin reytinqi aşağı düşdü

Putinin reytinqi aşağı düşdü

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

İranda əhaliyə yod həbləri paylanıb

İranda əhaliyə yod həbləri paylanıb

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Prezident bu şəxsləri təltif etdi - ADLAR

End of content

No more pages to load

RADİO