Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

“Azərbaycan ümid edir ki, Fransa ilə münasibətlər yaxın zamanda normallaşacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün Fransada müşahidə olunan siyasi böhran Parisin müxtəlif siyasi sahələrinə təsir göstərə bilər: "Azərbaycan hadisələrin inkişafını izləməyə davam edəcək. Aydındır ki, Fransadakı daxili böhran digər sektorlara da təsir göstərə bilər. Lakin biz onun necə bitəcəyini müşahidə edəcəyik. Biz böhranın ikitərəfli münasibətlərimizə birbaşa təsirini görməsək də, ümid edirik ki, onlar tezliklə normallaşacaq".

L.Abdullayeva bildirib ki, Azərbaycan-Fransa münasibətləri Parisin Bakı və İrəvan arasındakı artıq başa çatmış münaqişəyə qərəzli mövqeyi səbəbindən pisləşib.

Səfir, Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistanla münasibətlərin qurulması üçün şərait yarada bildiyini və ölkələrin yekun sülh sazişinin imzalanması üçün yalnız bir neçə məqamı həll etməli olduğunu vurğulayıb.

"Biz ölkələrimiz arasında düşmənçilik səhifəsini bağladıq. Hazırda yekun sülhün imzalanması qarşısında duran yalnız bir şey var - bu, Ermənistan konstitusiyasıdır. Bizim istədiyimiz Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bundan sonra da əminliklə davamlı sülhdən danışa bilərik", - diplomat bildirib.
 

L.Abdullayeva qeyd edib ki, tərəflər həqiqətən də buna doğru gedir: "Çünki ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişinin paraflanması Azərbaycan və Ermənistanın üzərlərinə götürdüyü öhdəlikləri nümayiş etdirir. Bu, əslində hər iki tərəfin suverenliyə, beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət, güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında qonşuluq münasibətləri qurmaq öhdəliyi idi".


Diplomatın fikrincə, bu cür nailiyyətlər Cənubi Qafqaz regionu üçün unikaldır, çünki burada vəziyyət uzun müddət qeyri-sabit olub: "Cənubi Qafqaz iki ölkənin sülh və əməkdaşlıq yoluna qədəm qoymasının nəticəsi olaraq müsbət inkişaf və gözə çarpan nəticələrin görüldüyü nadir regionlardan biridir. Azərbaycanın və Ermənistanın nümunəsi də məhz budur: uzun müddət münaqişədə olmuş iki ölkə". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

YAP-da TƏYİNATLAR: 6 rayona yeni sədr seçildi - FOTO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

End of content

No more pages to load

RADİO