“Məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıtmaq əzmindədir” – KOMİTƏ

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar komitənin sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə söylədiyi fikir yanlış anlaşılıb və ictimai müzakirəyə səbəb olub.

Halbuki, açıqlamada məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyətinin öz doğma torpaqlarına qayıtmaq əzmində olduğu vurğulanaraq, onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçim olduğu diqqətə çatdırılıb.

Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir.

Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər. 

Hazırda məcburi köçkünlər respublikamızın ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. O cümlədən 300 mindən artıq məcburi köçkün onlar üçün salınmış qəsəbələrdə xüsusi təyinatlı dövlət mənzil fonduna məxsus yaşayış sahələrində yerləşdirilib. 

Prezident İlham Əliyev bu günlərdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən deyib:

“Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.

Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubalı sakin: Xarıbülbül təkcə Şuşada bitmir - VİDEO

Qubalı sakin: Xarıbülbül təkcə Şuşada bitmir - VİDEO

Bakıda daha bir motoqəza – ÖLƏN VAR

Bakıda daha bir motoqəza – ÖLƏN VAR

Tbilisidə azərbaycanlı tələbə ölü tapıldı - FOTO

Tbilisidə azərbaycanlı tələbə ölü tapıldı - FOTO

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Yayda dollar elə qiymətə satılacaq ki...

Yayda dollar elə qiymətə satılacaq ki...

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

MSK üzvlərinin səlahiyyət müddəti bitir

MSK üzvlərinin səlahiyyət müddəti bitir

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Dünya bazarlarında neft bahalaşdı

Dünya bazarlarında neft bahalaşdı

Təbii qazın SON qiyməti

Təbii qazın SON qiyməti

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Sevgi və pul qapısı açılır - Siyahıda siz də varsınız?

Sevgi və pul qapısı açılır - Siyahıda siz də varsınız?

Tramp: “İranla sazişin konsepsiyası hazırdır”

Tramp: “İranla sazişin konsepsiyası hazırdır”

İlham Əliyev: “Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır”

İlham Əliyev: “Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır”

Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Yağışların müharibə ilə əlaqəsi varmı?

Yağışların müharibə ilə əlaqəsi varmı?

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat – VİDEO

Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat – VİDEO

End of content

No more pages to load

RADİO