Astarada molla məsciddə bıçaqlandı

Astara rayonunda molla məsciddə bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində yerləşən Giləkəran məscidində baş verib. 
 

Rayonun Ərçivan qəsəbə sakini Ceyhun Babayevin (soyad şərtidir) qızının əri Seyidəzim bankdan kredit götürərkən uzaq qohumu Azadın həyat yoldaşı ona zamin dayanıb. Bir müddətdən sonra Azad Seyidəzimlə görüşərək, həyat yoldaşının adının zaminlikdən çıxarılmasını istəyib. Seyidəzim isə ona söz verib ki, bir ay müddətində məsələni həll edəcək.


Hadisədən iki ay keçməsinə baxmayaraq, Azadın həyat yoldaşının adı zaminlikdən çıxmayıb.

Azad bunun səbəbini öyrənmək üçün Seyidəzimin evinə getsə də, ev sahibinin həyat yoldaşı ərinin evdə olmadığını bildirib. Nəticədə, Azadla qadın arasında mübahisə yaranıb. Geri qayıdan Azad məsciddə Ceyhunu görüb və qızının onu təhqir etdiyini bildirib.

Ceyhun məsələni araşdırmaq üçün qızıgilə gedərkən məlum olub ki, onun qızı Azadı söyməyib, əksinə, Azad onun qızına nalayiq sözlər deyib. Hadisədən əsəbiləşən Ceyhun evindən bıçaq götürərək məscidə gəlib. O, məscidin qarşısında Azadı görüb və cibindən bıçağı çıxararaq ona hücum edib. Azad ondan qaçmaq üçün məscidə daxil olub, qapını bağlamaq istəyərkən, Ceyhun qapının arasından bıçaqla Ceyhunun qol və ağız nahiyəsinə zərbələr endirib.

Məsciddəki şəxslər hadisə yerinə gələrək onları aralaşdırıblar və polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Ceyhunu saxlayıblar və məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Astara Rayon Məhkəməsinin hökmü ilə C.Babayev 2 il azadlıqdan məhrum edilib.

Məlumata görə, zərərçəkmiş şəxs Astara rayonu ərazisində dini mərasimlərdə molla kimi fəaliyyət göstərirmiş. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:7 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:7 iyunda baş vermiş tarixi hadisələr

Dünyanın ən böyük hərbi qərargahı MÜSƏLMAN ölkəsində açıldı – VİDEO

Dünyanın ən böyük hərbi qərargahı MÜSƏLMAN ölkəsində açıldı – VİDEO

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO