Gizli TƏHLÜKƏ: Yastığın altına mobil telefon qoyub yatmağın riskləri

Çoxlarına tanış olan və zahirən təhlükəsiz görünən yastığın altına telefon qoyub yatmaq vərdişi göründüyü qədər zərərsiz deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Texnologiya Universitetinin Praktiki və tətbiqi informatika kafedrasının baş müəllimi Qleb Derevlev Gazeta.ru-ya müsahibəsində danışıb. 

"Smartfonlar iş rejimində və şarj olduğu zaman istilik ayrılır.

Yastığın altında istilik yayılması pozulur ki, bu da cihazın daha çox qızmasına səbəb olur. Bu, ümumilikdə cihaz üçün yaxşı deyil və potensial alışma mənbəyi olan batareya üçün kritikdir. Nəticədə, cihazın həddindən artıq istiləşmə və qısaqapanma nəticəsində yarana biləcək alışma riski artır, xüsusən də cihaz bu zaman şarj olursa. Aşağı keyfiyyətli şarj cihazları və kabellərdən istifadə etdikdə, risklər daha da artır", - deyə o bildirib.

Alovlanma riski batareya ilə yarana biləcək yeganə problem deyil, uzun müddət qeyri-müntəzəm rejimdə istifadə edilərsə, batareya şişə və bu da cihazın tam şəkildə zədələnməsinə gətirib çıxara bilər.

"İsinmə və alışma ilə yanaşı, başqa bir risk də var. Müasir smartfonlar yapışqanla yığılır ki, bu da isinmə zamanı mayeləşir, ona görə də telefonun ekranı və ya daxili yığımın bir hissəsi asanlıqla qopa bilər", - deyə ekspert qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı mobil cihazların yaratdığı radiotezlik sahələrini mümkün kanserogenlər kateqoriyasına aid edir.

Xərçənglə birbaşa əlaqə sübut edilməyib, lakin məlumdur ki, başın yaxınlığında elektromaqnit şüalanmasına uzun müddət məruz qalma nəzəri olaraq hüceyrə prosesləri və toxuma termorequlyasiyasına mənfi təsir göstərə bilər.

"Telefonu gecə saatlarında uçuş rejiminə keçirmək və ya simsiz modulları - mobil rabitəni, Wi-Fi, Bluetooth, NFC və geolokasiyanı söndürmək tövsiyə olunur. Gecə saatlarında bu funksiyaların söndürülməsi akkumulyatorun yükünü və həddindən artıq qızma riskini azaldır", - deyə o məsləhət görüb.

Smartfonu başdan bir metrdən yaxın olmayan sərt səthə qoymaq daha yaxşıdır, əgər o zəngli saat kimi istifadə olunursa, onu elə qurun ki, siqnalı söndürmək üçün yataqdan qalxmalı olasınız.

"Bu, gecə saatlarında cihazla təmasdan qaçmağa və oyanma keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Riskləri minimuma endirmək üçün smartfonu yataqda istifadə etməmək, xüsusən də şarj olarkən və rəqəmsal gigiyena qaydalarına riayət etmək məsləhətdir: yatmazdan 30-60 dəqiqə əvvəl cihazla fəaliyyəti dayandırmaq, bildirişləri söndürmək və batareyanın vəziyyətini mütəmadi olaraq yoxlamaq lazımdır", - deyə ekspert əlavə edib. (Oxu.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

End of content

No more pages to load

RADİO