Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay məlumat verib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.
Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bizim.Media