Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmazın Çanaxır kənd sakini,17 yaşlı Nəriman Hüseynov magistral yolda naməlum avtomaşınla vurulub.
Yaralı müxtəlif xəsarətlərlə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Yeniyetməni vuran avtomobilin sürücüsü axtarılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.