Kərbəlada anti-sanitar VƏZİYYƏT – Xoşagəlməz mənzərə yaradan KİMLƏRDİR? – VİDEO

Son illərdə Kərbəla, Nəcəf (İraq) ziyarətinə gedənlərin sayı artıb. Zəvvarların sayının artması təbii ki, müəyyən çətinliklərə də səbəb olub. Doğrudur, milyonlarla insanın iştirak etdiyi ziyarətlərdə çətinliklərin olması mümkün qarşılansa da, bu dəfə anti-sanitariya problemləri narazılıq yaradıb. Xüsusilə İrandan gedən zəvvarlar natəmizliklə bağlı video paylaşıblar.

Videoda açıq-aydın görünür ki, çirkli sularda stəkanlar yaxalanır, yarımçıq çaylar yenidən çaydana əlavə olunur və s. Bu da öz növbəsində yoluxucu xəstəliklərin, eləcə də mədə-bağırsaq infeksiyasının yaranmasına səbəb olur.

Görünən odur ki, Kərbəla alnına yazılan bu yazıdan qurtula bilmir – yenə də dodaqlar təmiz suya həsrət qalıb...  

Azərbaycandan da yüzlərlə zəvvarın orada olduğunu nəzərə alsaq, bəs belə xoşagəlməzliklərə – ziyarət zamanı sağlamlığı təhlükəyə atan anti-sanitarıya hallarına rast gəlinibmi?

Azərbaycanda yalnız Həcc ziyarəti rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin nəzarəti altındadır. Ancaq Məşhəd və Kərbəla ziyarətləri vacib dini ibadət olmadığı üçün onları konkret dövlət qurumu icra etmir. Bu ziyarətləri adətən təcrübəli tur şirkətləri təşkil edir.

Ona görə də suallarımızı belə tur şirkətlərinə ünvanladıq. Uzun illərdir ziyarət təşkilatçılığı ilə məşğul olan “Salam Tour” şirkətinin nümayəndəsi Fərqanə  Bağırova Bizim.Media-ya bildirdi ki, zəvvarların rahatlığı və məmnunluğu həmişə diqqət mərkəzində olub və qeyd olunan şəkildə ciddi gigiyena və sanitariya qaydalarının pozulmasına rast gəlinməyib. Amma bəzi insanların ayrı-ayrı hallarda sanitariya qaydalarının pozması olur ki, bu da fərdidir, yəni xarakterdən asılıdır.

“Bu bir uzun yoldur və bu yoldan minlərlə insan keçir. Uzaq məsafədə insan hər şeylə qarşılaşa bilər. Hər cür – pinti, səliqəli adamlar olur. Zibil qutuları olduğu halda zibili hara gəldi atırlar, meyvə qabıqlarını, artıqlarını tullayırlar. Ayaqyolularda natəmizlik edənlər də olur. Gərək insanlar özləri bunları anlasın və qaydalara riayət etsinlər” – deyə o, vurğuladı.

Tur nümayəndəsi əlavə etdi ki, Azərbaycandan gedən zəvvarlar birdəfəlik istifadə üçün nəzərdə tutulan qablaşdırmada çay və ağzıqapalı sulardan istifadə ediblər. Qidalanma da gigiyenik qaydalara uyğun yerlərdə baş tutub.  

“Ecaz Travel” şirkətinin nümayəndəsi Fuad Quliyev isə diqqətə çatdırdı ki, bu il Ərbəin münasibətilə Kərbəlaya gedənlərin sayı rekord qırıb – ziyarət edənlərin sayı 21 milyona çatıb:
 

“Yerli əhalini də nəzərə alsaq, əslində kiçik bir şəhər üçün bu say çoxdur, bu qədər zəvvarı qarşılamaqda əlbəttə əziyyət çəkiləcək, belə olanda da çatışmazlıqlar özünü büruzə verəcək. Təbii ki, bu qədər insan hərə ardınca bir zibil qoysa natəmizliklərə də rast gəlmək mümkündür. Amma çirkli sularda qab-qacaq yuyulması hallarına şəxsən rast gəlməmişəm.


Mən özüm hətta orada insanlara xidmət etmişəm, təmizlik işlərində nöqsanlar görməmişəm. Konkret azərbaycanlılara qarşı belə hallar olmayıb. Həm də bizim insanlarımız yediyinə-içdiyinə fikir verən olur, birdəfəlik qablarda çayını-suyunu içir”.

Xatırladaq ki, Ərbəin ziyarəti İmam Hüseynin şəhadətinin 40-cı günü  həyata keçirilir.


Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

End of content

No more pages to load

RADİO