Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.
Bu barədə Bizim.Media-ya DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ana-atasız uşağa işgəncələr verilib? - Video
Qeyd olunub ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib:
"Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür".
Qeyd edək ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasısnın vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.
Bizim.Media