Həmin gecə bizim evdə bir başqa təlaş olardı – Ülviyyə Fərhad YAZIR...

Bu gün gecədən başlayaraq bizim 2 gözlü evimizdə bir başqa təlaş olardı. Anam sıra ilə qardaşımla məni çimizdirər, atama ötürərdi. O da qurulayıb geyindirər, dırnaqlarımızı tutar, saçlarımızı səliqəli darayardı. Qardaşımın saçına bir qədər çox düzəliş edərdi, günortadan məhəlləmizdə ən etibar etdiyi bərbərinə aparıb səliqəli qırxdırardı, çimdikdən sonra da ona daraqla yön verərdi, sanki gecəboyu dağılmayacaqmış kimi... 
 

Qonaq otağındakı pianonun qarşısına qoz ağacından hazırlanmış, laklı 2 stul qoyulardı. Anam ağ köynək, qara ətək və şalvarı səliqəli ütüləyib hər birimizin geyimini ayrıca həmin stullardan asardı. Mənim geyimlərim olan stula 1 cüt bant da qoyardı. 


Atam çantamızı yığardı. Yeni qələm, karandaş, pozan - hər birindən 2 ədəd ayırıb çantamıza yerləşdirərdi. Anamın tətil boyu bizdən yaşca böyük uşaqları olan qonşulardan topladığı kitabları yüngülvari təmir edərdi (yapışdırmaq, tikmək kimi) və üzlük çəkərdi ki, səliqəli qalsın, çünki tədris ilinin sonunda sahiblərinə geri verməliydik. Dəftərlərimizə isə öncə ağ vərəq, sonra şəffaf üzlük çəkərdi ki, anam geyimləri hazır etdikdən sonra üzərini yazsın: "Xətai r-nu, 48 saylı orta məktəbin 2 a (3-4-5....) sinif şagirdi Quliyeva Ülviyyənin (Quliyev Yusifin) riyaziyyat dəftəri və s". 

Bu gecə bizim evdə hərəmizdə bir ayrı təlaş olardı... 

Atam qardaşımın ayaqqabısını qara mazla fırçalayardı. Mənə isə niyəsə hər zaman ağ tufli alardılar. Hər il yeni ayaqqabı geyinməzdik biz, bəzən ötən ilki tufli və ayaqqabımızı geyinərdik. Anam onları o qədər səliqəli mühafizə edərdi ki, yenidən seçilməzdi.

Biz isə qardaşımla həm kədərlənərdik ki, tətil bitir, həm də sevinərdik ki, məktəbə gedib, sevimli yoldaşlarımızı görəcəyik. Hələ həmin il hansımıza yeni məktəb çantası alınardısa, o, daha sevincli olardı. Çanta da ilə birini götürməmişik biz, səliqəli saxlayıb cırılanadək daşımışıq.
 

Bu arada aramızda bir yaş fərq olmasına baxmayaraq (mən böyüyəm) qardaşımla eyni sinifdə oxuyub, bir partanı bölüşmüşük. Ona görə parta süfrəmiz 1 dənə olardı, anam onu da yuyub, kraxmallayıb, ütüləyib, ayrıca selofana qoyardı. 


Bu işlər bitdikdən sonra sabah sinifdə yazacağımız inşaya hazırlaşardıq:

"Mən yay tətilini necə keçirdim". 

Və axşam saat 9-da biz yerimizə girərdik. O andan etibarən ikimizin təlaşı şirin yuxuyla əvəzlənərdi. Amma anamla atamın işi bitməzdi. Atam açıb çantaları kontrol edərdi, anam səhər gecikməyək deyə ağ rəngli, kənarları mavi güllü boşqaba yağ, pendir kəsib qoyardı, şəkəri rəfdən götürüb masanın ortasına qoyardı,  2 dənə də altı dəmirli stəkanı çaydanın yanına qoyub mətbəxdən çıxardı. 

Məncə həmin gecə atamla anam da bizim qədər həyəcanlı olurdular...

Səhər saat 6:30-da atam oyanıb əvvəlcə çayı dəmləyər (başqa dəmi içmədiyi üçün, hər zaman çayı özü dəmləyərdi), sonra bizi oyadıb əl-üzümüzü yuyar və axşamdan anamın hazırladığı süfrədə oturdardı. Anam da o zamana qədər oyanmış olurdu. Bizə yağ və pendirdən loxmalar düzərdi.

Yedikdən sonra geyindirib, saçlarımızı darayardılar. Atam qardaşımın axşamdan dağılmış saçına yenidən sığal çəkərdi, anamsa mənim saçıma 2 hörük edib uclarını ağ bantlarımla bərkidərdi.
 

Nəhayət 7:30-da evdən çıxardıq. Bizi dərsə atam aparar, anam gətirərdi. Köhnə binamızın vaxtı ötmüş lifti işləmədiyindən 6 mərtəbəni ayaqla düşərdik. Çantalarımız atamda olduğundan qardaşımla mən qabaqda qaçaraq düşüb, atamla gizlənqaç oynayardıq.


Binamızın qarşısında geniş avtomobil dayanacağı vardı, ətrafdakı binaların sakinləri də maşınlarını orada saxlayırdılar deyə, həmin dayanacaq ərazisi demək olar ki, dolu olardı və bizə ən əlverişli gizlənmə yeri idi. Aşağı tez düşüb, dayanacaq gözətçisi babanı (adını heç vaxt bilmədik onun) salamlayıb, hərəmiz bir maşının arxasında gizlənərdik.

Atam düşən kimi bizi çox asanlıqla tapar, maşınların rəngi ilə çağırıb - "Ülviyyə ağ maşının arxasındadı, Yusif qara maşının yanındakı boz maşının arxasında, çıxın gəlin, gecikərsiz" tələsdirərdi.  Hər dəfə təəccüb edərdik ki, atam bizi necə belə asanlıqla tapır axı. Uşaq şüuruyla atama həmin babanın kömək etdiyini anlamırdıq. 

Binanın yaxınlığında çörək bişirilən sex vardı. Hər səhər bulka da bişirilərdi. Atam hərəmizə bir dənə isti sadə ürək bulka (başqası olmurdu) alıb çantamıza qoyardı. 

Sonra inşada yazacaqlarımızı təkrarlaya-təkrarlaya məktəbin yolunu tutardıq...

Nəql etdiklərim 90-cı illərin sonlarını əhatə edirdi. Artıq bizim özümüz məktəbə uşaq yola salmağa hazırlaşırıq. Amma nə məktəblər sentyabrın 1-i başlamır, nə evlərdə həmin məsum təlaşlar var.
 

Artıq bizim o təmirsiz 2 göz evimiz də yoxdur. Həmin qapıdan indi tamam yad simalar çıxır, nə salamlamağa həmin baba var, nə də o binada yaşayan şagirdlər səhərləri geniş avtomobil dayanacağında gizlənqaç oynamırlar. 


Və ən betəri isə bütün bu yoxluqların sırasına doğmalarımız da qoşulub. Artıq biz yaş aldıqca, yaşlılarımız dönməz səfərə çıxıblar. Bizə qalan isə həmin vaxtlarda qiymətini bilmədiyimiz xatirələrdir.

Zamanında adi gün kimi görünən anları indi qayıtmaz yola çıxanların həsrəti ilə köks ötürərək xatırlayacağımızı bilsəydik, böyüməyə bu qədər can atmazdıq bəlkə də. Həmin günləri çıraqla axtaracağımızı bilsəydik, anamızın düzdüyü yağ-pendir loxmalarını yarıyuxulu, istəksizcə tələsərək deyil, daha aramla, ləzzətini alaraq yeyib, zamanı yavaşladardıq bəlkə də...

Ülviyyə Fərhad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu aydan hansı artımlar qüvvəyə minir və daha hansı qərarlar ola bilər? - FOTO

Bu aydan hansı artımlar qüvvəyə minir və daha hansı qərarlar ola bilər? - FOTO

Millimizin keçmiş üzvünün Azərbaycan klubuna keçidi BAŞ TUTMADI

Millimizin keçmiş üzvünün Azərbaycan klubuna keçidi BAŞ TUTMADI

Kərbəlada anti-sanitar VƏZİYYƏT – Xoşagəlməz mənzərə yaradan KİMLƏRDİR? – VİDEO

Kərbəlada anti-sanitar VƏZİYYƏT – Xoşagəlməz mənzərə yaradan KİMLƏRDİR? – VİDEO

Astara sakini 10 aylıq körpə yüksək hərarətdən öldü - FOTO

Astara sakini 10 aylıq körpə yüksək hərarətdən öldü - FOTO

Dilarə Əliyevadan qayınatası ilə bağlı paylaşım - FOTO

Dilarə Əliyevadan qayınatası ilə bağlı paylaşım - FOTO

Keçmiş əri azərbaycanlı qadını Finlandiyada öldürdü

Keçmiş əri azərbaycanlı qadını Finlandiyada öldürdü

Tokayevdən HƏYƏCAN TƏBİLİ: “Xəzərin dayazlaşması ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır”

Tokayevdən HƏYƏCAN TƏBİLİ: “Xəzərin dayazlaşması ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır”

Göyçay qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Göyçay qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Azərbaycan çempionatında mövsümün başlama vaxtı AÇIQLADI

Azərbaycan çempionatında mövsümün başlama vaxtı AÇIQLADI

Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha TƏSDİQLƏNDİ - FOTO

Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha TƏSDİQLƏNDİ - FOTO

Sumqayıtda zavoddakı yanğın SÖNDÜRÜLDÜ - FOTO

Sumqayıtda zavoddakı yanğın SÖNDÜRÜLDÜ - FOTO

“Səbail” yeni transferini AÇIQLADI

“Səbail” yeni transferini AÇIQLADI

Putin Çində Pezeşkianla GÖRÜŞDÜ

Putin Çində Pezeşkianla GÖRÜŞDÜ

Qusarın Gican kəndində səyyar tibbi xidmət təşkil olundu - FOTO

Qusarın Gican kəndində səyyar tibbi xidmət təşkil olundu - FOTO

Qərəzli siyasətin növbəti MƏRHƏLƏSİ – Hindistan ədalətsiz mövqeyindən niyə ƏL ÇƏKMİR?

Qərəzli siyasətin növbəti MƏRHƏLƏSİ – Hindistan ədalətsiz mövqeyindən niyə ƏL ÇƏKMİR?

Xaçmazda 17 yaşlı piyadanı MAŞIN VURDU

Xaçmazda 17 yaşlı piyadanı MAŞIN VURDU

"Liverpul"dan YENİ TRANSFER

"Liverpul"dan YENİ TRANSFER

Xalasının işgəncəsinə məruz qalan uşaqla bağlı AÇIQLAMA

Xalasının işgəncəsinə məruz qalan uşaqla bağlı AÇIQLAMA

Uşakov: “Putinlə Zelenski arasında görüş barədə konkret razılaşma olmayıb” - VİDEO

Uşakov: “Putinlə Zelenski arasında görüş barədə konkret razılaşma olmayıb” - VİDEO

Bu bürcləri möhtəşəm sürpriz gözləyir: onlar kimlərdir?

Bu bürcləri möhtəşəm sürpriz gözləyir: onlar kimlərdir?

Paytaxt küçələrində TIXAC VAR

Paytaxt küçələrində TIXAC VAR

Epizootik vəziyyətlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər LƏĞV EDİLDİ

Epizootik vəziyyətlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər LƏĞV EDİLDİ

“Ermənistan Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir” - Paşinyan

“Ermənistan Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir” - Paşinyan

“Qarabağ”ın gənc futbolçusu Almaniya klubunun DİQQƏT MƏRKƏZİNDƏ

“Qarabağ”ın gənc futbolçusu Almaniya klubunun DİQQƏT MƏRKƏZİNDƏ

End of content

No more pages to load

RADİO