Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il avqustun 11-də imzaladığı Sərəncama uyğun olaraq göndərilən humanitar yardım bu gün Ukraynaya çatıb və ölkənin Energetika Nazirliyinin rəsmilərinə təhvil verilib.
Səfir xatırladıb ki, humanitar yardıma elektrik avadanlıqları daxildir.
Bizim.Media