Avtomobillərin texniki baxışı ləğv olunur? – “Sürücülər hökumətə yalvaracaqlar”

“Avtomobilin sükan idarəetmə mexanizmi və əyləc sistemi nasaz ola-ola yol polisinin sürücüyə texniki baxışdan keçməsi ilə bağlı elektron talon verməsi, absurd bir yanaşmadır. Söhbət tormoz sistemindən gedirsə, təhlükəli və çox ciddi məqamdır”.

Təhlükə hesaba alınmır...

Bu barədə açıqlamanı Bizim.Media-ya yol-nəqliyyat eksperti Elməddin Muradlı avtomobillərin texniki baxışdan keçirilməsi zamanı yaranan problemlərdən danışarkən deyib. Onun sözlərinə görə əyləc sistemindəki nasazlıqla bağlı sürücüyə talon və ya rəy vermək baş verə biləcək təhlükəni hesaba almamaq deməkdir:

“Avtomobilin sükan idarəetmə mexanizmi və tormoz sistemi nasazdır. Texniki baxışdan keçib elektron talonunu alan sürücü yola çıxan kimi qəza törədir və ya piyadanı vurur. Avtotexniki ekspertiza isə rəy verir ki, həqiqətən avtomobilin əyləc sistemi nasaz olub.
 

MÖVZU İLƏ BAĞLI:

BNA və Yol Polisindən vətəndaşlara MÜRACİƏT


Həddindən artıq ziddiyyətli məsələdir. Zəhərli qazın miqdarı, dərman qutusunun olmaması, avtomobilin rənginin uyğunsuzluğu ilə bağlı sürücüyə xəbərdarlıq etmək, hətta onu tənbeh də etmək olar. Amma tormozu nasaz ola-ola “imkan olanda düzəldərsən. 1 il vaxtın var” demək kimlərinsə həyatının üstündən xətt çəkməkdir. Hesab edirəm qanunda dəyişiklik edənlər burada çox kobud bir səhvə yol veriblər. Bu gün isə yol polisi əziyyət çəkir. Onlar da düzgün yanaşma olmadığını deyir. Amma qanunun tələbi olduğu üçün icra edirlər”.

Texniki baxış ləğv olunur? 

Ekspert Azərbaycanda texniki baxışın ləğv olunması məsələsinə də toxunub. O, deyib ki, Azərbaycanda bu sistemin götürülməsi təklifini irəli sürmək düzgün deyil. Yəqin ki, hansısa təsəvvürdən doğan bir şeydir:

“Düzdür, bəzi ölkələrdə texniki baxış yoxdur. Amma avtomobilərə qarşı elə tələblər qoyulub ki, həmin şərtləri ölkəmizdə tətbiq etsələr, sürücülər texniki baxışın bərpa edilməsi üçün hökumətə yalvaracaqlar. Məsələn, şərt qoyula bilər ki, 2020-ci ildən və ya 2010-ci ildən aşağı ölkəyə maşın gətilməsin. Zəhərli qazın miqdarı ilə bağlı elə tələblər var ki, avtomobili idarə etməməlisən, onu maşın qəbirstanlığına atmalısan.

Bəzi Avropa ölkələri var ki, texniki baxışla bağlı şərt bizdəkindən qat-qat sərtdir. Azərbaycanda texniki baxışın ləğv olunması mümkün deyil. Ölkəmizdə “leş maşın”ların sayı kifayət qədərdir.

Tör-töküntü maşınların sayı hələ indi azalmağa başlayıb. 1974, 1980-ci illərin “jiquli” maşınları hələ də rayonlarda ən dəbli avtomobillər kimi idarə olunur”. 

Ekspert əlavə edib ki, ümumiyyətlə bu məsələnin kökündən həll edilməsinə başlasaq, əhali arasında kütləvi narazılıqlar baş qaldırar:

“Texniki baxışı ləğv etdirmək üçün küçədə gördüyümüz “çeşka” mersedes, taksi və ya dizel avtomobillərin hamısını maşın qəbirstanlığına atmalıyıq. Onlar hamısı dərmir parçası kimi kənara çıxmalıdır. Cəmiyyət buna razılaşar? Avropanın yerli istehsalı var və başqa ölkələrə maşın satır. Onun üçün texniki baxış önəmli deyil. Bilir ki, vətəndaşı 6 aydan bir avtomobilini bütünlüklə diaqnostikadan keçirir, təkərini dəyişir”. 

Lüzumsuz cərimələnmə...

Elməddin Muradlı bəzi sürücülərin məsuliyyətsizliyindən və cərimədən bilərəkdən yayındıqlarından da danışıb. 
 

“Bəzi sürücülər öz avtomobillərini adlarına keçirərkən guya yol polislərini aldadırlarmış kimi hərəkət edirlər. Öz telefon nömrələrini mərkəzi informasiya sisteminə yerləşdirmirlər. Yaxud ora başqa nömrə əlavə edirlər.


Həftədə bir dəfə çox rahatlıqla nömrə dəyişən, yaxud telefon nömrəsini səhv verən məsuliyyətsiz insanlar var. Təbii ki, belə insanlar texniki baxışdan keçmə ilə bağlı mesaj almayacaq. Adam dövlətin yaratdığı elektron sistemdə qeydiyyatdan keçmir. Bundan əlavə elə ailə var ki, 5 nəfərdə avtomobil var.

Onlardan yalnız birinin elektron kabineti var. Amma bütün avtomobilləri qeydiyyatdan keçirib. Bir avtomobil barədə məlumat gəlir, digərləri barədə isə gəlmir. Bu, artıq qüsurdur. Məlumatlandırma həm də ona görə lazımdır ki, sürücü lüzumsuz yerə təkrar cərimə olunmasın”. 

Bilərəkdən cərimə vaxtını uzadan və ya ödəməkdən yayınan sürücülərə gəlincə, ekspert bu məsələdə də sürücü məsuliyyətsizliyini önə çəkib:

“Bəziləri düşünür ki, informasiya platformasından istifadə etməsə, ona cərimə gəlməyəcək. Yəni, heç bir yerdə qeydiyyatdan keçməyib, məni tapa bilməsinlər. Bu, düzgün deyil. Sürücü törətdiyi xətaya görə ona gələn cəriməni ödəmək üçün vaxtı uzatmamalıdır.

Bu baxımdan sürücülər nizam-intizamlı olmalı, digər tərəfdən kommunikasiyanın verdiyi imkanlardan səmərəli istifadə etməlidirlər. Çünki bu, onlar üçün yaradılıb”. 

Qanunvericiliyə görə yeni avtomobil alan sürücü 4 il tamam olandan sonra texniki baxışa getməlidir. 5-ci ili keçəndən sonra 10 il tamam olana qədər 2 ildən bir texniki baxışdan keçirilir. 10 il tamam olduqqdan sonra isə hər il texniki baxışdan keçir.
 

Qanun tələb edir ki, avtomobil nasaz vəziyyətdə belə olsa texniki baxışdan keçir. Yol polisi nasazlığı qeyd edir və texniki baxış talonu verir. Növbəti texniki baxış müddətində eyni qüsur aşkarlanarsa, yol polisi baxışı keçirməkdən imtina edə bilər.


Çünki sürücü 1 il ərzində problemi aradan qaldırmayıb. Texniki baxışda avtomobilin rənginə, nömrəsinə, ixrac etdiyi zəhərli qazların miqdarı ölçülür, texniki şərtlər yoxlanılır, təkərlərin protektorları ölçülür, dərman qutusu, yanğın təhlükəsizliyi balonu, qəza üçbucağı, sükan idarəetmə mexanizmi, əyləc sistemi yoxlanılır. İşıq sisteminə nəzarət edilir. Bunlar qaydasında olanda, kimsə texniki baxışda heç nə deyə bilməz. 

Texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir. Əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman 20 gün ərzində avtomobil texniki baxışdan keçirilməlidir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Hikmət Hacıyev Ermənistanın Dilican şəhərinə GETDİ

Hikmət Hacıyev Ermənistanın Dilican şəhərinə GETDİ

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Flora Kərimovanın SON DURUMU

Flora Kərimovanın SON DURUMU

AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu

AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

End of content

No more pages to load

RADİO