Tanınmış jurnalist, "Yeni Müsavat" qəzetinin parlament müxbiri Elşad Paşasoya ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, onun atası Əlihüseyn Paşayev vəfat edib.
Qeyd edək ki, Əlihüseyn Paşayev uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Məlumat üçün bildirək ki, mərhumun dəfn mərasimi doğulduğu ata yurdunda – Yardımlı rayonunun Bilnə kəndində ailə üzvlərinin, yaxın qohumlarının və kənd sakinlərinin iştirakı ilə keçiriləcək. (Musavat.com)
Bizim.Media