Şəkər xəstəliyi ilə bağlı sensasiyalı KƏŞF

Aralıq dənizi pəhrizinin kalori məhdudiyyəti, müntəzəm fiziki aktivlik və peşəkar dəstəklə birləşdirilməsi II tip şəkərli diabetin inkişaf ehtimalını 31% azaldır.

Bizim.Media xəbər verir ki, bu barədə "Science Daily" elmi jurnalında dərc olunan araşdırmada qeyd olunur.

Harvard Universitetinin professoru Frank Hu bildirib ki, hazırda dünya qlobal şəkərli diabet epidemiyası ilə üz-üzədir.

"Yüksək səviyyəli sübutlara əsaslanan bu araşdırmamız göstərir ki, pəhriz və həyat tərzində kiçik və davamlı dəyişikliklər bu xəstəliyin qarşısını almağa qadirdir", - deyə o qeyd edib.

Araşdırma Avropada qidalanma və həyat tərzi üzrə ən böyük klinik layihə olan "PREDIMED-Plus" çərçivəsində aparılıb. Araşdırmada 55-75 yaş arası, artıq çəkili və metabolik sindromlu, lakin şəkərli diabet diaqnozu qoyulmamış 4276 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: birinci qrup ənənəvi pəhrizə riayət edib, ikinci qrup isə həmin pəhrizi kalori məhdudiyyəti, orta intensivlikdə fiziki fəaliyyət (gəzinti və güc məşqləri daxil olmaqla) və çəki azaldılması üzrə mütəxəssislərin dəstəyi ilə birləşdirib.
 

Altı illik müşahidədən sonra məlum olub ki, kompleks yanaşmadan istifadə edən qrupda diabetə tutulma riski nəzarət qrupu ilə müqayisədə, demək olar ki, üçdə bir nisbətində azalıb. Bundan əlavə, bu qrupun iştirakçıları orta hesabla 3,3 kq arıqlayıb və bel ölçüləri 3,6 sm azalıb. Digər qrupda isə bu göstəricilər müvafiq olaraq cəmi 0,6 kq və 0,3 sm olub.


Navarra Universitetinin professoru Migel Martinez-Gonzales əldə edilən nəticələrin əhəmiyyətini vurğulayıb.

"Əslində, kalori nəzarəti və fiziki aktivliyin Aralıq dənizi pəhrizinə əlavə edilməsi hər 100 nəfərdən təxminən 3-də diabetin inkişafının qarşısını aldı", - o bildirib. /Report.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Bricitin əli yaman ağır imiş... – Makron yenə eynəyi ilə gündəm oldu – VİDEO

Bricitin əli yaman ağır imiş... – Makron yenə eynəyi ilə gündəm oldu – VİDEO

F-35 qırıcılarının Türkiyəyə satışı yenidən gündəmdə - Tramp hansı qərarı verəcək?

F-35 qırıcılarının Türkiyəyə satışı yenidən gündəmdə - Tramp hansı qərarı verəcək?

Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi ərazilərində işıq olmayacaq

Fermerlərin NƏZƏRİNƏ – 2030-cu ilədək nəzərdə tutulan güzəştlər açıqlandı – MÜSAHİBƏ

Fermerlərin NƏZƏRİNƏ – 2030-cu ilədək nəzərdə tutulan güzəştlər açıqlandı – MÜSAHİBƏ

Təsadüfən əsas heyətə düşüb DÇ-nin taleyini dəyişdi – Fotolar

Təsadüfən əsas heyətə düşüb DÇ-nin taleyini dəyişdi – Fotolar

Erməni oliqarxın evindəki şirlər belə müsadirə edildi – VİDEO

Erməni oliqarxın evindəki şirlər belə müsadirə edildi – VİDEO

Tramp Türkiyəyə yola düşdü – VİDEO

Tramp Türkiyəyə yola düşdü – VİDEO

Çempionlar Liqası başlayır: “Sabah” üçün ÇƏTİN SINAQ

Çempionlar Liqası başlayır: “Sabah” üçün ÇƏTİN SINAQ

Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi – Video

Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi – Video

Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)

Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)

Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir

Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir

Əksər evlərdə var – Satanı 4 min manat CƏRİMƏ GÖZLƏYİR

Əksər evlərdə var – Satanı 4 min manat CƏRİMƏ GÖZLƏYİR

DÇ-2026: Belçika millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Belçika millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

Mərdəkanda faciə: 16 yaşlı yeniyetmə dənizdə batdı

Mərdəkanda faciə: 16 yaşlı yeniyetmə dənizdə batdı

DİM-dən universitetlərə müsabiqədənkənar qəbul olmaq istəyənlərə MÜRACİƏT

DİM-dən universitetlərə müsabiqədənkənar qəbul olmaq istəyənlərə MÜRACİƏT

İspaniya 1/4 finalda: Qonşusunu məğlub etdi – VİDEO

İspaniya 1/4 finalda: Qonşusunu məğlub etdi – VİDEO

BİZİM TƏQVİM:7 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:7 iyunda baş vermiş tarixi hadisələr

Dünyanın ən böyük hərbi qərargahı MÜSƏLMAN ölkəsində açıldı – VİDEO

Dünyanın ən böyük hərbi qərargahı MÜSƏLMAN ölkəsində açıldı – VİDEO

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

End of content

No more pages to load

RADİO