Elektron qəlyan çəkənlərin NƏZƏRİNƏ - Küçədə tutub DÖYƏCƏKLƏR

Sinqapur hakimiyyəti veyplərlə (elektron qəlyan) bağlı qanunvericiliyi kəskin sərtləşdirdiyini elan edib. Ölkədə fiziki (çubuqla döymək) və uzunmüddətli həbs cəzaları tətbiq olunacaq, cərimələr isə dəfələrlə artırılacaq.

Bizim.Media xəbər verir ki, 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalar hökumət yeni daimi qanunvericiliyi hazırlayana qədər altı ay müddətinə təcili tədbir olaraq tətbiq ediləcək. Yeni qanun artıq 2026-cı ilin əvvəlində qəbul olunacaq.
 

Bu sərt tədbirlərin əsas səbəbi gənclər arasında sürətlə yayılan, tərkibində sedativ maddə etomidat olan qeyri-leqal veyplərin populyarlığıdır. Qara bazarda Kpods və ya "zombi-podlar" kimi tanınan bu cihazlar standart narkotik testlərində aşkarlanmayan vasitə kimi reklam olunur.


Son aylarda sosial şəbəkələrdə gənclərin belə veyplərdən istifadə etdikdən sonra qeyri-adekvat davranışlarını göstərən videolar yayılmağa başlayıb ki, bu da hakimiyyətin ciddi narahatlığına səbəb olub. İyul ayında müsadirə edilmiş 100 veypin təsadüfi nümunəsinin analizində onların üçdə birində etomidat aşkar edilib.

İndi isə 2025-ci il sentyabrın 1-dən etomidat və ona yaxın maddələr Sinqapurda C sinifli narkotiklər kimi rəsmi təsnif ediləcək. Etomidat tibbi anestezikdir və qanuni istifadəsi yalnız klinikalarda qısamüddətli narkoz üçün icazəlidir.

Yeni qaydalar aşağıdakı cəzaları müəyyən edir:

İstifadəçilər üçün

• İstənilən veypi almaq, saxlamaq və ya istifadə etmək üçün cərimə dörd dəfə artırılaraq 500-dən 2000 Sinqapur dollarına (1500 ABŞ dolları) qaldırılıb.

• İlk pozuntuya görə 700 Sinqapur dolları cərimə nəzərdə tutulub.

• Etomidatlı veyplərin istifadəsi daha sərt cəza və məcburi dövlət reabilitasiyasına səbəb olacaq.

Adi veyplərin satıcıları üçün

• 2 ildən 10 ilə qədər həbs və 2-5 çubuq zərbəsi.

Etomidatlı veyplərin yayılması və idxalçıları üçün

• 20 ilə qədər həbs və 15 çubuq zərbəsi.

• Çubuqla cəza (caning) Sinqapurda zorlamaya, qarətə və vandalizmə görə tətbiq olunan ağır fiziki cəzadır.

Əcnəbilər üçün qaydalar

• Turistlər və qısamüddətli vizası olanlar təkrar pozuntuya görə ölkədən birdəfəlik çıxarılacaq.

• Uzunmüddətli vizası və iş icazəsi olanlar isə üçüncü pozuntudan sonra deportasiya ediləcək və Sinqapura qayıtmaq ömürlük qadağan olunacaq.
 

Daha əvvəl Sinqapur hakimiyyəti veyplərlə mübarizə üzrə genişmiqyaslı kampaniya başlatmışdı. Çanqi beynəlxalq hava limanında maarifləndirici plakatlar və xüsusi utilizasiya qutuları quraşdırılıb ki, ölkəyə gələnlər veypləri cəriməsiz ata bilsinlər.


Quru və dəniz sərhədlərində yoxlamalar gücləndirilib, ictimai yerlərdə - nəqliyyatda və parklarda patrullar keçirilir, vətəndaşların çantaları yoxlanılır. Məktəblərdə isə maarifləndirmə proqramı tətbiq olunub.

Qeyd edək ki, ölkədə 2018-ci ildən tam veyp qadağası qüvvədədir. /Lent.az 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının 2 bazarında nöqsanlar AŞKARLANDI - FOTO

Bakının 2 bazarında nöqsanlar AŞKARLANDI - FOTO

9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO

9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO

Rusiyada müəllimin şagirdlərə qarşı zorakılıq etdiyinin ANBAAN VİDEOSU

Rusiyada müəllimin şagirdlərə qarşı zorakılıq etdiyinin ANBAAN VİDEOSU

Hitler yəhudi idi? - DNT analizinin nəticələri ÜZƏ ÇIXDI - FOTO

Hitler yəhudi idi? - DNT analizinin nəticələri ÜZƏ ÇIXDI - FOTO

Qadın voleybolçularımız İslamiadanın gümüş medalını qazandı

Qadın voleybolçularımız İslamiadanın gümüş medalını qazandı

Türkiyədə sərnişinlərlə dolu tramvayı ildırım vurdu

Türkiyədə sərnişinlərlə dolu tramvayı ildırım vurdu

İtaliya qəzeti Lavrovla müsahibəni dərc etməkdən imtina etdi - SƏBƏB

İtaliya qəzeti Lavrovla müsahibəni dərc etməkdən imtina etdi - SƏBƏB

Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI - ÖZƏL

Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI - ÖZƏL

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Azərbaycan yığmasının üzvü bu CƏZANI aldı - Mərc oyunlarında iştiraka görə

Azərbaycan yığmasının üzvü bu CƏZANI aldı - Mərc oyunlarında iştiraka görə

Rusiyada neft emalı zavodu YANIR – VİDEO

Rusiyada neft emalı zavodu YANIR – VİDEO

Avropa İttifaqının casus misssiyası Qazax rayonunun sərhədində - FOTO

Avropa İttifaqının casus misssiyası Qazax rayonunun sərhədində - FOTO

Prezident “Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qanuna dəyişikliyi TƏSDİQLƏDİ

Prezident “Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qanuna dəyişikliyi TƏSDİQLƏDİ

Səidə Brilliant Dadaşovanın iddialarına ağlayaraq CAVAB VERDİ - VİDEO

Səidə Brilliant Dadaşovanın iddialarına ağlayaraq CAVAB VERDİ - VİDEO

Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB

Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB

Ermənistanda müxalif nəşrin jurnalisti TUTULDU

Ermənistanda müxalif nəşrin jurnalisti TUTULDU

Ukrayna Rusiyanı "Flamingo" raketləri ilə BELƏ VURDU - VİDEO

Ukrayna Rusiyanı "Flamingo" raketləri ilə BELƏ VURDU - VİDEO

Həm mənzil, həm həyat keyfiyyətinə sərmayə - “Kristal”da!

Həm mənzil, həm həyat keyfiyyətinə sərmayə - “Kristal”da!

Ən çox bu idman növü ilə məşğul olanlar dopinqə görə CƏZALANDIRILIB – RƏSMİ

Ən çox bu idman növü ilə məşğul olanlar dopinqə görə CƏZALANDIRILIB – RƏSMİ

Bakıda yeraltı və yerüstü piyada keçidlərində eskalatorlar təmir edilir – FOTO

Bakıda yeraltı və yerüstü piyada keçidlərində eskalatorlar təmir edilir – FOTO

İlham Əliyev: "Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”

İlham Əliyev: "Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”

Azərbaycanın əqli mülkiyyət sahəsində dövlət siyasəti örnək göstərilib

Azərbaycanın əqli mülkiyyət sahəsində dövlət siyasəti örnək göstərilib

Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı

Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı

End of content

No more pages to load

RADİO