Şəmkirdə ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ağır yol qəzası rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "MAZ" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı Z.Səmədov hadisə yerində ölüb. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu