Klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirildi - Leyla Əliyeva TƏDBİRDƏ - FOTO

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir.

Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Neftçilər prospekti - Ağ Şəhər bulvarı - Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti – Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar yaşadıb.

Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi ovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq doğurur.
 

Yürüşün sonunda Binə Atçılıq Mərkəzində sərgi təşkil olunub. Daha sonra başlayan tədbirdə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Beynəlxalq Avtomobil Federasiyasının tamhüquqlu üzvü olan AAF avtomobil idmanının inkişafı, yol hərəkəti təhlükəsizliyi və avtomobil irsinin təbliği istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirir. Bu fəaliyyətlər sırasında avtoidman yarışları, sürət festivalları, drift və yolsuzluq yürüşləri, klassik avtomobil sərgiləri xüsusi yer tutur. Federasiyanın təşəbbüsləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. 2024-cü ildə Kiqalidə keçirilən FIA mükafatlandırma mərasimində AAF “Klassik avtomobillər” sərgisinə görə “İrsin Təbliği Kubokuna” layiq görülüb.



ARAF isə bu illər ərzində, həmçinin Qarabağ atlarının qorunması, beynəlxalq tədbirlərdə tanıdılması istiqamətində mühüm işlər görüb. Bu ilin may ayında Qarabağ atları artıq 9-cu dəfə İngiltərədə Vindsor Kral Atçılıq Şousunda, İstanbulda keçirilən Etnosport Mədəniyyət Festivalında möhtəşəm çıxış edib və tamaşaçıların böyük rəğbətini qazanıb. Eyni zamanda, çövkən oyunu artıq dünya miqyasında tanıdılaraq beynəlxalq yarışlara çıxarılıb. Sonra tamaşaçılara Qarabağ atlarının füsunkar çıxışı – “Zəfər” proqramı təqdim edilib. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan - çövkən oyunu barədə videoçarx təqdim olunub. 2013-cü ildə UNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən milli atüstü oyun növü-çövkən təkcə idman növü deyil, həm də zəngin mədəni irsdir.

Qeyd edək ki, gələn il Bakıda 2-ci Çövkən üzrə Dünya Çempionatı baş tutacaq.

Tədbir Azərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu ilə davam edib. Oyun idmanın dostluq və əməkdaşlıq missiyasını əks etdirib. Çövkən oyunu Azərbaycan komandasının 2:1 hesabı ilə qalib gəlməsi ilə nəticələnib.

Eyni zamanda tədbirdə “Ən yaxşı qadın süvari”, “Ən yaxşı kişi süvari” və “Ən unikal avtomobil”, “Ən orijinal avtomobil”, “Ən əfsanəvi avtomobil”, “Ən qədim avtomobil”, “1950–1960-cı illərin ən fərqli avtomobili”, “1970-1980-ci illərin ən fərqli avtomobili”nin sürücüləri təltif edilib. Həmin axşam yalnız idmançı və sürücülər deyil, həm də rəngarəng retro geyimi ilə seçilən qonaqlar mükafatlandırılıb. “Ən rəngarəng retro geyimli” üç qalib təltif edilib.

Gecə konsert proqramı ilə davam edib. Səhnəyə məşhur tenorlar Vittorio Grigolo (İtaliya) və
Yusif Eyvazov (Azərbaycan), eləcə də soprano ifaçısı Afaq Abbasova (Azərbaycan) çıxaraq opera ifaları ilə gecəyə sənət ruhu qatıblar. Daha sonra müasir musiqi səhnəsinin sevilən siması Minelli (Rumıniya) öz enerjili çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Tədbir “Nazar Holdings”, “Volvo Cars”, “Azerbaijan Automobiles”, “Azpetrol” şirkətlərinin sponsorluğu, “Motor House”, “Green Car” mərkəzlərinin, Regional İnkişaf İctimai Birliyi (RİİB) və “Nargis” jurnalının təşkilati dəstəyi ilə keçirilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

ABŞ İranın bu şərti ilə razılaşdı

ABŞ İranın bu şərti ilə razılaşdı

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

End of content

No more pages to load

RADİO