Ağdama qayıdan qatarın fiti: Zəfərin səsi - Elgün Gəncimsoy YAZIR…

Ağdam… Son otuz il boyunca adı həsrətin, dağıntının, sükutun ağrının sinoniminə çevrilmiş bu şəhər Qarabağ müharibəsinin ən ağır yükünü çiyinlərində daşıdı.

Ermənilərin Qarabağda başlatdığı müharibənin bütün çətinliklərinə rəğmən, 1993-cü ilin iyul ayınadək Bakı-Xankəndi dəmir yolu ilə qatarlar Ağdama qədər gəlirdi və buradan əks istiqamətdə hərəkət edirdi. Şəhərin işğalına qədər dəmir yolunda hərəkət dayanmadı.

Bakıdan Ağdama qədər gələn qatarlar sərnişin də daşıdı, düşmənə qarşı vuruşanlara silah və ağır döyüş texnikası da. Döyüşdə yaralalanan hərbçilərin müalicəsi üçün bəzən səyyar hospitalı da əvəz etdi bu vaqonlar. Ağır yaralanan döyüşçülərlə yanaşı, Xocalı soyqırımından sağ çıxan yüzlərlə insanın da pənah yerinə çevrilmişdi həmin bu qatarlar.

Aradan 32 il keçib. Ağdamın qəlbinin ritmini özünə qaytaran o səslər yenidən eşidildi. Yenidən qurulmaqda olan şəhərin təzə vağzalına sürət qatarı daxil oldu. Şəhərə çatar-çatmaz eşidilən qatar fiti ətrafa yayılan səsi ilə sanki uzun illər susmuş bir ürəyin “buradayam, yaşayıram” hayqırtısını canlandırırdı.

Həmin an gözlərimin qeyri-ixtiyari yaşla dolduğunu həmkarlarım üzümə baxanda hiss etdim. Vağzala toplaşanlar arasında rəsmi şəxslər, qəlbi doğma yurd həsrəti ilə alışan ailələr, ömrünü müharibənin bəxş etdiyi ağrılarla yaşamış insanları gördüm. Hər kəsin üzündə həm həsrətin izi, həm də sevinci oxunurdu.

Qatar dayandı. İlk düşənlərdən biri Ağdamla nəfəs alan, bu şəhərin dərdi ilə, sevinci ilə yaşayan yazıçı, millət vəkili Aqil Abbas idi. Onun ardınca Milli Qəhrəman Asif Məhərrəmovun oğlu, dünya çempionu Azər Məhərrəmov platformaya endi. Sonra 44 günlük Vətən müharibəsində Şuşaya bayraq sancan qəhrəman Yaşar Hüseynov göründü. Ağdamın müdafiəsində göstərdiyi şücaətlərlə əfsanəyə çevrilmiş Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora xanımın xatirəsi dinləyənləri kövrəltdi. Bir vaxtlar, Ağdamda mədəni mühitin inkişafına ömrünü sərf etmiş Çimnaz xanım və gənc olmasına rəğmən, rayon ictimaiyyətinin sevimlisinə çevrilmiş  Xəyyam Hüseynov da Ağdama gələn qatarın yolunu gözləyənlər arasında idi.

Gələnlərlə qarşılayanlar arasındakı hər salamlaşma sanki bir ömür kitabının ən qəribə səhifəsi idi. Hər şey vardı bu qucaqlaşmalarda: İllərin həsrəti, ağrı-acılar, qürur, Ağdam həsrəti ilə dünyasını dəyişənlərlə bağlı xatirələr, sevinc, ümid, hər şey vardı. Sanki duyğular da göz yaşları kimi bir-birinə qarışmışdı. Lakin bu göz yaşları acıdan doğmurdu. Onlar zəfərin, qürurun, sevincin süzüntüləri idi.


Sərnişinləri ilk salamlayan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov oldu. Bir qədər sonra səsgücləndiricidən sanki yeni həyatın başlanğıcını müjdələyən səs yayıldı: “Vağzaldan Xıdırlıya, Kəngərliyə, Sarıcalıya gedən avtobuslara minik davam edir”. Bu kəndlər Ağdamın azadlıqdan sonrakı ilk nəfəs alan torpaqlarıdır.

Bütün bu mənzərənin fonunda parlaq geyimli qatar bələdçisi olan qızlar və dəmiryolçular kənardan sevinclə baxırdılar. Onların gülüşü, işıqlı çöhrəsi elə bil yeni həyatın rəmzi idi.

Vağzalın eyvanından şəhərə baxanda ilk gözə çarpan isə sanki iki dünyanın üz-üzə dayanması idi: bir tərəfdə müharibənin izləri – xarabalıqlar, dağıdılmış evlər, digər tərəfdə isə Azərbaycanın dövlət quruculuğu ilə yüksələn yeni binalar, təzələnən və canlanan doğma şəhərimiz.

Bu gün Ağdama gələn qatar təkcə relslərin üzərində hərəkət etmədi. O, illərin həsrətini, şəhidlərin xatirəsini, insanların dualarını da özü ilə gətirdi. Hər siqnal səsi bir vəd idi: “Ağdam bir daha susmayacaq, Ağdam yaşayacaq və dirçələcək!”

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

İraq Prezidenti namizədliyini geri götürdü

İraq Prezidenti namizədliyini geri götürdü

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

ABŞ İranın bu şərti ilə razılaşdı

ABŞ İranın bu şərti ilə razılaşdı

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO - VİDEO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

End of content

No more pages to load

RADİO