Deputat Nadir Qafarzadənin əməlini təqdir etdi: "Doğru və bəyəniləndir"

Millət vəkili Fazil Mustafa müğənni Nadir Qafarzadənin qayınanasının vəfatı ilə bağlı atdığı addımı yüksək qiymətləndirib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl vəfat edən qayınanasının vəsiyyətinə əsasən, ənənəvi yas süfrəsi qurmaq əvəzinə, ehtiyacı olan ailələrə ət paylayıb.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, deputat bu təşəbbüsü müsbət qiymətləndirərək deyib:

"Kimliyindən asılı olmayaraq cəmiyyətimiz üçün faydalı olan əməllərini təqdir etmək lazım.

Doğru və bəyənilən hərəkətdir. Başqa formalarda da etmək olar. Yemək hazırladıb tələbə yataqxanasına, uşaq evinə, qocalar evinə göndərmək. Kimsəsiz uşaqlara qayğı göstərən bu cür quruma ehsan göndərmək də bəyənilən hərəkətdir. İnanmıram ki, bizdəki qədər öz həyatını qəlizləşdirən insanlar bolluğu olsun! Bir statistika aparın görəcəksiniz ki, uzaq rayona yas yerinə gedib qayıdarkən qəza nəticəsində dünyasını dəyişən on minlərlə insan olub.
 

Deyək ki, 30 il öncə mobil telefon yox idi, indi kommunikasiya texnologiyası imkan verir ki, üz-üzə telefonda canlı görüntü ilə adamın kədərinə şərik ola biləsən. Bizdə yas mədəniyyəti yoxdur, birbaşa yas mədəniyyətsizliyi var. Sizin vəfat edən şəxsə xərclədiyinizin ona bir aidiyyəti varmı? Qalanlara, yaşayanlara bu xeyirxahlığı etməlisiniz ki, mərhumun ruhu sevinsin.


Hələ mənasız şəkildə şöhrətpərəst çoxluğun qəbir daşlarına yatırdığı əhəmiyyətli vəsaiti demirəm. Bəzi yerlərdə yüz-yüz əlli nəfər tapılır ki, bu mənasız adətləri sadələşdirsin. Əlbəttə, bəyənilən addımdır. İsrafçılığın hər növündən uzaqlaşmaq lazımdır".

Fazil Mustafa əlavə edib ki, yas mərasimləri qarın doyuzdurma prosesinə çevrilməməlidir:
 

"Eləcə də vaxt israfından. Gəl bir stəkan çayını iç, başsağlığı ver get. Yas sahibini də əlavə xərcə, lüzumsuz əziyyətə salma. İmkan ver öz kədərini başqa qayğılarla yüklənmədən yaşasın.


Hətta İran kimi öz səfeh adətlərini bizim milli-mənəvi dəyərlər kateqoriyasına soxuşdurmuş və xeyli sayda nadan, mövhumat zümrəsi yaratmış bir ölkədə belə bu cür mürəkkəbləşdirilmiş, vaxt və maddi israfçılıqla dolu yas mərasimləri keçirilmir. Adamlar gəlib məsciddə mərhumun yaxınlarına baş sağlığı verib öz işlərinin dalınca gedirlər. İmkanın çoxdur, Nadir Qafarzadənin nümunəsində yoxsullara, ehtiyacı olanlara fayda ver". (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ləzə kəndində selin dağıtdığı körpünün yerində yenisi tikilir – VİDEO

Ləzə kəndində selin dağıtdığı körpünün yerində yenisi tikilir – VİDEO

Dörd bürc üçün xoşbəxt dövr nə vaxt BAŞLAYACAQ?

Dörd bürc üçün xoşbəxt dövr nə vaxt BAŞLAYACAQ?

Vətən müharibəsi qəhrəmanlarının övladlarının İstanbula səfəri təşkil edildi - FOTO

Vətən müharibəsi qəhrəmanlarının övladlarının İstanbula səfəri təşkil edildi - FOTO

"20 Yanvar" körpüsündən özünü atmaq istəyən şəxs belə xilas edildi - ANBAAN VİDEO

"20 Yanvar" körpüsündən özünü atmaq istəyən şəxs belə xilas edildi - ANBAAN VİDEO

Millimizin üzvü 45 günlük futboldan UZAQLAŞDIRILDI

Millimizin üzvü 45 günlük futboldan UZAQLAŞDIRILDI

DİN-dən Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına REAKSİYA

DİN-dən Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına REAKSİYA

Durov barəsində Fransada tətbiq edilən məhkəmə məhdudiyyətləri LƏĞV EDİLDİ

Durov barəsində Fransada tətbiq edilən məhkəmə məhdudiyyətləri LƏĞV EDİLDİ

Qalstanyanın həbs müddəti UZADILDI

Qalstanyanın həbs müddəti UZADILDI

"Aktyorları səhnəyə çıxmağa qoymadılar"

"Aktyorları səhnəyə çıxmağa qoymadılar"

Prezidentin yeni təyin olunan icra başçılarına verdiyi tapşırıqlar xalqa xidmətin aydın manifestidir

Prezidentin yeni təyin olunan icra başçılarına verdiyi tapşırıqlar xalqa xidmətin aydın manifestidir

Hava dəyişir: Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Hava dəyişir: Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

G20 tarixində İLK: Üç ən böyük ölkə dövlət başçısı səviyyəsində təmsil olunmayacaq

G20 tarixində İLK: Üç ən böyük ölkə dövlət başçısı səviyyəsində təmsil olunmayacaq

Messini stadiona icazəsiz kim buraxıb?

Messini stadiona icazəsiz kim buraxıb?

Sürücülərin DİQQƏTİNƏ: Paytaxt yollarında tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Paytaxt yollarında tıxac var

Ceyhun Bayramov Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb - FOTO

Ceyhun Bayramov Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb - FOTO

Bakının 2 bazarında nöqsanlar AŞKARLANDI - FOTO

Bakının 2 bazarında nöqsanlar AŞKARLANDI - FOTO

9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO

9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO

Rusiyada müəllimin şagirdlərə qarşı zorakılıq etdiyinin ANBAAN VİDEOSU

Rusiyada müəllimin şagirdlərə qarşı zorakılıq etdiyinin ANBAAN VİDEOSU

Hitler yəhudi idi? - DNT analizinin nəticələri ÜZƏ ÇIXDI - FOTO

Hitler yəhudi idi? - DNT analizinin nəticələri ÜZƏ ÇIXDI - FOTO

Qadın voleybolçularımız İslamiadanın gümüş medalını qazandı

Qadın voleybolçularımız İslamiadanın gümüş medalını qazandı

Türkiyədə sərnişinlərlə dolu tramvayı ildırım vurdu

Türkiyədə sərnişinlərlə dolu tramvayı ildırım vurdu

İtaliya qəzeti Lavrovla müsahibəni dərc etməkdən imtina etdi - SƏBƏB

İtaliya qəzeti Lavrovla müsahibəni dərc etməkdən imtina etdi - SƏBƏB

Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI - ÖZƏL

Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI - ÖZƏL

End of content

No more pages to load

RADİO