Məhkəmənin qərarından sonra vəkil göz yaşlarını saxlaya bilmədi - VİDEO

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı vəkilin duyğulu anlarına səbəb olub.

Bizim.Media xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Vəfa Usubova müdafiə etdiyi şəxsin azadlığa buraxılması barədə qərardan sonra sevinc göz yaşlarını saxlaya bilməyib. Sosial şəbəkələrdə vəkilin məhkəmə zalında çəkilmiş görüntüləri geniş maraq doğurub.
 

Məsələ ilə bağlı “E-huquq.az”a danışan vəkil deyib ki, Cinayət Məcəlləsinin 333.4-cü (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə təqsirləndirilən şəxs barəsində Bakı Hərbi Məhkəməsi 2 il azadlıqdan məhrum etmə cəzası təyin edib.


Lakin apellyasiya instansiyası bu qərarı ləğv edərək, şəxsi şərti azadlığa buraxıb.

"O, əslində çox vətənpərvər bir insandır. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarında iştirak edib. Döyüş zamanı yaralanmış əsgər yoldaşını xilas etməyə çalışarkən özü də yaralanıb. Mən əlimdən gələni etdim ki, bu haqsızlığa son qoyulsun. Bu iş mənim üçün həm də şəxsi və emosional baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Çünki təqsirləndirilən şəxsin anası birinci qrup əlildir, atası isə onkoloji xəstədir.
 

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1-ci qrup əlil olan anasına baxan şəxs kimi təyin olunub. O, ailənin yeganə qazanc gətirəni idi, yeni ailə qurmuşdu.


Hətta həbsindən qısa müddət sonra həyat yoldaşının hamilə olduğunu öyrəndi. Belə bir ağır vəziyyətdə onun həbsdə qalması təkcə hüquqi deyil, həm də mənəvi yük idi.

Mən anasına söz vermişdim ki, oğlunu azadlığa qovuşduracağam. Şükür ki, səylərimiz nəticə verdi və məhkəmə ədalətli qərar çıxardı. O an göz yaşlarımı saxlaya bilmədim. Çünki bir insanın həyatını dəyişdirmək, onu ailəsinə qaytarmaq mənim üçün sadəcə peşə borcu deyil, həm də vicdan məsələsidir", - V.Usubova bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

İraq Prezidenti namizədliyini geri götürdü

İraq Prezidenti namizədliyini geri götürdü

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

ABŞ İranın bu şərti ilə razılaşdı

ABŞ İranın bu şərti ilə razılaşdı

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO - VİDEO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

End of content

No more pages to load

RADİO