Depressiyadan xilas olmağın YOLU: Bu qidaları yeyin

Alimlər kalium çatışmazlığının depressiya ilə əlaqəsini üzə çıxarıblar.

Nyu-York Texnologiya İnstitutunun alimləri ABŞ və Koreyada 22 mindən çox insanın qidalanma rasionunu təhlil ediblər.

Bizim.Media xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, kifayət qədər kalium qəbul edən insanların depressiyadan əziyyət çəkmə ehtimalı daha aşağıdır. Əksinə, bu mineralın çatışmazlığı əhvalın pisləşməsi və psixi pozğunluqlar riskini artırır.

Kaliumun əhəmiyyəti

Mütəxəssislərin sözlərinə görə, kalium sinir sisteminin normal fəaliyyəti və serotonin, dopamin kimi neyrotransmitterlərin yaranması üçün vacibdir. Klivlend klinikasının dietoloqu Culiya Zumpano qeyd edib ki, kalium çatışmazlığı orqanizmin elektrik sistemini pozur və bu da depressiyaya yol aça bilər.

Hansı məhsullarda var?

Həkimlər gündəlik rasiona banan, avokado, pomidor və ispanaq əlavə etməyi məsləhət görürlər. Məsələn, 7 banan, 3 avokado və ya 13 orta ölçülü pomidor gündəlik təxminən 2,6 qram kalium təmin edir. Bu isə orta norma hesab olunur.

Kaliumu qidadan kifayət qədər almayan şəxslər üçün əlavələr mövcuddur, lakin onların çox istifadəsi böyrəklərdə problem və hiperkaliumiya yarada bilər.

Tədqiqat həmçinin göstərib ki, ABŞ-da dəmir və sinkin yüksək səviyyəsi depressiya riskini azaldır. Koreyada isə natrium və fosforun yüksək qəbulu müsbət təsir göstərib. Maqnezium və kalsiumun isə əhval-ruhiyyəyə ciddi təsiri aşkarlanmayıb.

Dietoloq Ebbi Sharp bildirib ki, bitki mənşəli və süd məhsulları kalium səviyyəsini normada saxlamağa, həmçinin yüksək dərəcədə emal olunmuş qidaların istehlakını azaltmağa kömək edir. Bu, təzyiqin və iltihabi proseslərin azalmasına, ümumi psixi vəziyyətin yaxşılaşmasına şərait yaradır.

Dəmir çatışmazlığı hələ də ciddi problemdir

Ekspertlər həmçinin xatırladıblar ki, dəmir çatışmazlığı dünyada ən geniş yayılmış mikroelement çatışmazlığıdır. Təxminən 2 milyard insan bu problemdən əziyyət çəkir. Xüsusilə uşaqlar və reproduktiv yaşda olan qadınlarda, hamiləlik dövründə daha çox rast gəlinir.

Dəmir orqanizmdə hemoglobinin sintezində və oksigenin toxumalara daşınmasında əsas rol oynayır. Onun çatışmazlığı tez-tez yorğunluq, üşütmə və digər narahatlıqlarla müşahidə olunur. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

End of content

No more pages to load

RADİO