Masazırda gənclərin sevgisi cinayətlə nəticələndi: “Evlənmək istəyirdik, amma...” – TƏFƏRRÜAT

Abşeron rayonunda 2007-ci il təvəllüdlü Rəvan yetkinlik yaşına çatmayan İlhamə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Bizim.Media xəbər verir ki, Bakı sakini Rəvan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qızı ötən il mayın 25-də Masazır qəsəbəsində yaşadığı evə gətirib.

İyunun 24-dən iyulun 11-ə kimi həmin evdə mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Evlənməyimə razılıq verdilər”
 

İş üzrə izahat verən təqsirləndirilən şəxs o ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, İlhamə ilə iki ildir tanışdırlar:


“Eyni məktəbdə oxumuşuq. Mən 2024-cü il tədris ilində 11-ci sinfini bitirmişəm. İlhamə isə 9-cu sinfi bitirərək natamam orta təhsillə məktəbdən çıxıb. Bir il aramızda sevgi münasibətləri olub. Münasibətlərimizdən valideyinlərimizin də məlumatı olub. Özümün təkidimlə ailə üzvlərim gələcəkdə İlhamə ilə evlənməyimə razılıq verdilər. Valideynlərim İlhamənin yaşadığı evə elçiliyə getdilər. Onun 16 yaşının tamam olmasından sonra evlənməyimizə razı olacaqlarını bildirdilər. Bu barədə söhbət olunarkən İlhamənin nənəsi Fəridə, anası Tükəzban mənim valideynlərimlə eyni fikirdə olduqlarını dedilər”.

“Bakirəliyinin pozulmasını öyrəndilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, İlhaməgilin evində vaxt sərxoşlaşanda qızın öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olublar: “Bundan sonrakı gün İlhaməni ailəmlə yaşadığım evə dəvət etdim.

Gecə saat 1 radələrində özümə aid yataq otağında İlhamənin razılığı ilə təbii yolla cinsi əlaqədə olduq. Qana bulaşmış paltarı zibil qabına atdıq.

Sonrakı gün yenə İlhaməni öz evimizə apardım. Anam və İlhamə ilə birlikdə nənəmin Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinə getdik. İlhaməni qonşuluqda yaşayan həkimin yanına apardılar. Orada İlhamənin bakirəliyinin pozulduğunu öyrəndilər. Növbəti gün İlhamə öz evlərinə getdi”.

“Məndən polisə şikayət etdilər”
 

Rəvan deyib ki, növbəti günlərin birində İlhamənin nənəsi Fəridə onun bakirəliyinin pozulduğunu bilib:


“Nənəsi onu sonadək dəstəkləyəcəyini dedi. Həmin gün nənənin təkidi ilə məni evə çağırdılar. İlhamə paltarlarını yığaraq mənimlə birlikdə yaşadığım evə gəldi. Həmin gündən ailə üzvlərimlə birlikdə yaşamağa başladıq. Bu müddət ərzində İlhamənin razılığı ilə onunla iki dəfə cinsi əlaqədə oldum. Sonra İlhamə nənəsi üçün darıxdığını bildirdi. Onu ailəsi ilə görüşdürməyə apardım. İlhamə bilmədiyim səbəbdən daha mənimlə qayıtmadı. Sonradan onun anası mənim barəmdə Abşeron Rayon Polis İdarəsinə şikayət etdi”.

“Evlənməyimizə mane ola bilməyəcəyini düşündüm”

İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, Rəvanla bir il aralarında sevgi münasibətləri olub, bundan valideyinləri də xəbər tutub:

“Mənim təkidimlə ailə üzvlərim gələcəkdə Rəvanla evlənməyimə razılıq verdilər. Onun valideynləri elçiliyə gələndə Rəvan hərbi xidməti başa vuraraq qayıdandan və mənim 16 yaşım tamamlanandan sonra evlənməyimizə razı olacaqlarını bildirdilər.

Sonrakı gün Rəvanın anası qonaq çağırdı, mən də onlara getdim. Rəvangildə cinsi əlaqədə olandan sonra heç kim evlənməyimizə mane ola bilməyəcəyini düşündüm. Birgə razılıqla gecə saat 1 radələrində cinsi əlaqədə olduq.

Cinsi əlaqədə olmağımızı Rəvanın anasına dedim. O, iradını bildirdi. Növbəti gün öz evimizə gələndə bu barədə valideyinlərimə məlumat verməyə qorxdum”.

“Bədbəxt olacağımı bildirdi”

Zərərçəkmiş qeyd edib ki, daha sonra Rəvanın yaşadığı evdə olub:

“Rəvan, anası, atası və onunla birlikdə nənəsinin Alatava qəsəbəsində yerləşən evinə getdik.

Rəvanın anası və nənəsi məni qonşuluqda yaşayan həkimin yanına apardılar. Nənə məni bacısı qızı kimi təqdim etdi, ağacdan yıxıldığımı və buna görə müayinəyə ehtiyacımın olduğunu dedi. Həkim məni müayinə etdi.

Mənə bakirəliyimi pozan şəxslə evlənməli olduğumu, əks halda gənc yaşından bədbəxt olacağımı bildirdi”.

“Demək olar ki, hər gün cinsi əlaqədə olmuşuq”

Zərərçəkmiş deyib ki, bundan sonrakı günlərdə yenə Rəvanın evində olarkən onun təklifi və özünün razılığı ilə cinsi əlaqədə olublar:

“Daha sonrakı gün yaşadığım evə gəldim. Nənəm hərəkətlərimdən şübhələndi, məni həkimə aparacağını dedi. Mən də baş verən hadisələri, yəni təqsirləndirilən şəxslə iki dəfə cinsi əlaqədə olduğumu dedim.

Nənəm mənə əsəbləşdi, paltarlarımı yığışdırıb Rəvangilə köçməli olduğumu bildirdi. Eyni zamanda həmin gün Rəvan ailəsi ilə birlikdə gələrək məni evlərinə apardı. Mən onlarda olan zaman Rəvanla eyni otaqda yatırdıq. Hər gün, bəzən gündə iki dəfə təbii və ya qeyri-təbii yol ilə cinsi əlaqədə olmuşuq”.

“Anam şikayət etdi”

İlhamənin sözlərinə görə, daha sonra Rəvan, bacısı və anası onu evlərinə aparıblar: “Bir-iki gün qalmaq bəhanəsi ilə məni anamın evində qoyub getdilər. Rəvan daha mənimlə əlaqə saxlamadı. Baş verənlərlə bağlı anam Abşeron Rayon Polis İdarəsinə şikayət etdi”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvan 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbsə alınıb.
 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Şikayətdə bildirilib ki, müvəkkilinin zərərçəkmişlə barışması, onların nişanlanması birinci instansiya məhkəməsində nəzərə alınmayıb.


O, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edlməsini, 6 ay sınaq müddəti olmaqla cəzanın şərti hesab edilməsini istəyib. Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərtəfindən də apellyasiya məhkəməsinə müraciət edilib. O da təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib. Hər iki şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Şikayətlər təmin olunmayıb. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

End of content

No more pages to load

RADİO