Məhsul QIT, gözlənti ÇOX – Zaqatalanın fındıq bağlarından REPORTAJ/FOTO

Zaqatala rayonunda əhalinin əsas gəlir mənbəyindən biri olan findıqçılıq sahəsi ilbəil genişləndirilir. Ötən il rayonun məhsul verən bağlarında 25 min ton qabıqlı findıq istehsal olunub. Bu il isə istehsalın nə qədər olacağı bəlli deyil.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hələ yaz-yay aylarında, məhsulun tozlanma dövründə havaların qeyri-sabit keçməsindən bəlli olub ki, fındıq bağlarında məhsul yetərincə olmayacaq.

Avqustun ortalarından başlayaraq Zaqatalanın əksər fındıq bağlarında bir canlanma hiss olunur. Belə ki, fındıq bağlarında məhsulun yığımı ərəfəsində təmizlik işlərinə başlanılır.

Xüsusi qeyd...

Zaqatala rayonunun aqrar sektorunda gərzəkli məhsullar o cümlədən fındıq xüsusi çəkiyə malikdir. Bildiyimiz kimi Zaqatalada istehsal olunan fındıq məmulatları dünya bazarlarında da bir brend kimi qəbul olunur. Artıq növbəti məhsulun yığımına başlanılıb. Bu günlərdə əksər fındıq bağlarında insanların çalışdığını, hazırlıqların görülməyə başlandığını müşahidə edə bilərik.


Sakinlərin sözlərinə görə bu il məhsul ötən ilə nisbətən xeyli zəifdir.


Rayonun Zilban kəndində yaşayan Kaştayevlər ailə gəlirlərini kənd təsərrüfatı məhsullarını əkib-becərməklə təmin edir. Ailə başçısı Nəbi Kaştayevin sözlərinə görə fındıq bağını suvarmaq məqsədi ilə 2 min metr məsafədən, çaydan su xətti çəkib, lazımı aqrotexniki qulluq göstərib.

Keçən il yeni saldığı fındıq bağından 400 kq məhsul götürsə də, bu il ondan qat-qat zəifdi, 200 kq ola ya olmaya... Onun da 70 faizi boşdur.


Ailənin xanımı Maliza Kaştayeva isə qeyd edib ki, onların təsərrüfatı sudan demək olar əziyyət çəkməyib. Lakin iki ay davam edən quraqlıq bütün hallarda məhsulun yetişməsinə ciddi təsir göstərib. Fındığın əksəri ya keyfiyyətsiz, ya da bar verməyib. 

Eyni vəziyyətlə rayonun Car kənd sakinləri də qarşılaşıb. Burada da əksər təsərrüfatlarda bu il məhsul zəif bar verib, ya da sındıranda xarab olduğu bəlli olur.

Kənd sakini Səfər Gözəlov da məhsulun zəif olmasının səbəbini tozlanma dövründə havanın soyuq keçməsi, tozlanmanın düzgün getməməsi, sonradan isə istilərin məhsulu yandırıb tökməsi ilə izah edib:


“Keçən il bir ağacdan 8-10 kq fındıq yığmışıq. Bu il heç 3 kq belə fındıq yoxdur”, -deyə o, bildirib.  

Bəs mütəxəssislər rayonun aqrar sektorunda mühüm çəkiyə malik fındığın zəif bar verməsini, məhsuldarlığın aşağı düşməsini hansı amilərlə izah edir? 

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitunun aparıcı elmi işçisi Nərgiz Abdullayeva bildirir ki,  bu il əksər fındıq bağlarında onlişeh və mozaika xəstəliklərinin yayılması müşahidə edilir:


“Bu da nədən irəli gəlir. Bilirik ki, bölgəmiz olduqca rütubətlidir. Yağıntının miqdarı il ərzində 1200 mmdən artıq düşür. Ona görə müəyyən xəstəliklərin yaranmasına münbit şərait yaranır”.

Bəs problemin qarşısını necə almaq olar?

Mütəxəssis bildirir ki, bunun üçün aqrotexniki xidmətləri yüksək səviyyədə aparmaq vacibdir:


“İlk növbədə yaşıl budanma aparılmalıdır. Amma təəssüf ki, əksər fermerlər bunu etmir və xəstəliklərin ilkin simtopları buradan başlayır. Əkin sxeminə uyğun gövdələri saxlasalar, həmin yerdə havanın sirkulyasiyası, tozlanmanın düzgün getməsi məhsulun keyfiyyətinin qarantı ola bilər. Amma çox müşahidə etmişik ki, yaşıl budama heç vaxt aparılmır. İyun ayının 10-dan 15-i arasında yaşıl budama aparılmalıdır”.

Məlumat üçün bildirək ki, hazırda Zaqatalada 20 min 190 hektar fındıq bağları var. Bunun 17 min hektara yaxını bar verən sahələrdir. Keçən il rayonda 25 min ton qabıqlı məhsul istehsal edilib. Bu il isə hələlik bu haqda danışmaq tez olar. Gözləyək görək çəkilən böyük və ağır zəhmətin nəticəsi necə olacaq.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

End of content

No more pages to load

RADİO