Zaqataladakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Zaqatala rayonunda qəribə quldurluq hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Çökəkoba kəndində baş verib. Rayonun Kebeloba
kənd sakini Fərhad Vəliyevə övladını dünyaya gətirmək üçün pul lazım olub. Bu barədə dostu Vasiflə məsləhətləşib və o da Fərhada həmkəndliləri Asif Xanayevdən (ad və soyad şərtidir) borc almağı məsləhət görüb. Dostlar bu barədə Asifə müraciət edib. Asif Fərhada 2 000 manat, Vasifə isə 200 manat borc verib. Dostlar bildiriblər ki, pulu bir ay müddətində qaytaracaqlar.
 

Hadisədən bir ay keçsə də, dostlar həmin pulu qaytara bilməyiblər. Asif onları çağırıb pulunu tələb edib. Fərhad götürdüyü pulun 100 manatını qaytarsa da, digər hissəsini tapa bilmədiyi üçün Asifdən daha bir ay vaxt istəyib. Asif isə nə Fərhada, nə də Vasifə vaxt verməyərək onlardan pulu qaytarmalarını tələb edib.


Borc sahibi dostlara pulu qaytarmağın "yolu"nu da göstərib. Bildirib ki, Vasifin bibisi Umüküs Zəngiyeva bir neçə gün öncə rayon ərazisində 10 min manatlıq torpaq satıb və onun pulu var. Bunu eşidən Vasif plan qurub və bibisinin evinə basqın etməyi təklif edib. O bildirib ki, bibisi və onun əri qorxaqdır, əgər gecə vaxtı onların evinə basqın etsələr, ər-arvaddan istədikləri qədər pul ala biləcəklər.

Bu məqsədlə onlar oyuncaq tapança, yapışqan, qara kapron corab və digər vasitələr alıb gecə basqınına getməyə hazırlıq görüblər.

Gecə saat 3 radələrində dəstə üzvləri Asif Xanayevin avtomobili ilə adıçəkilən ünvana gedib. A.Xanayev özü küçədə dayanıb, Fərhad və Vasif açıq pəncərədən evə daxil olub. Onlar kapron corabla maskalanaraq yataq otağına keçib və "Təslim olun, banditizm!" deyərək Umüküs Zəngiyeva və onun həyat yoldaşını yuxudan oyadıb döşəməyə yıxıblar. Ardınca evə A.Xanayev daxil olub və üzərindəki oyuncaq tapançanı onlara tərəf tuşlayaraq evdəki pul və qızıl əşyaları tələb edib.

A.Xanayevin tələbi ilə Fərhad və Vasif ər və arvadın əllərini yapışqan lentlə bağlayıblar.

A.Xanayev oyuncaq tapançanı silah qismində istifadə edərək ər və arvaddan pul və qızılların yerini soruşub. Amma onlar pullarının olmadığını bildiriblər. Bu vaxt dəstə üzvləri əlləri bağlı olan ər və arvadı təpik və yumruq zərbələri ilə döyməyə başlayıb.

Arvad və ər pulun yerini demədikdə, dəstə üzvləri kişinin cibindən 241 manat, qadının çantasından 52 manat, dəyəri 1000 manat olan iki ədəd üzüyü və qadının qulağından 342 manatlıq qızıl sırğanı götürüb hadisə yerindən qaçıblar.

Fərhad və Vasif həmin pul və əşyaları A.bXanayevə verərək borclarını ödəyiblər.

Hadisə barədə ailə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərhad və Vasif saxlanılıb. Dəstə üzvlərinin saxlanıldığını eşidən A.Xanayev izi itirmək üçün Balakən rayonu ərazisindən sərhədi keçərək Gürcüstana, oradan da Rusiyaya yollanıb.

Faktla bağlı cinayət işi başlanıb, Fərhadla Vasif həbs edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə cəza verilsə də, A.Xanayevin yeri müəyyən edilmədiyindən o, beynəlxalq axtarışa verilib.

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskvada saxlayaraq həbs edib və Azərbaycan tərəfinə təhvil veriblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xanayev 10 il azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video

Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video

Şuşa və Xocavəndə NÖVBƏTİ KÖÇ – FOTO

Şuşa və Xocavəndə NÖVBƏTİ KÖÇ – FOTO

Müharibə yenidən ALOVLANIR – ABŞ İran şəhərlərini bombaladı – VİDEO

Müharibə yenidən ALOVLANIR – ABŞ İran şəhərlərini bombaladı – VİDEO

BİZİM TƏQVİM:8 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:8 iyulda baş vermiş tarixi hadisələr

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

End of content

No more pages to load

RADİO