BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

Azərbaycanın görkəmli sərkərdələrindən olan Ağa Məhəmməd şah Qacar 1795-ci ilin bu günü taxt-taca sahib oldu və beləliklə, Qacarlar sülaləsi 1925-ci ilədək hakimiyyətdə qaldı.

Ağa Məhəmməd şah 1797-ci ildə Gürcüstanı tutdu. 1798-ci ildə Qarabağda Şuşa qalasını aldıqdan sonra isə yaxın adamları tərəfindən qətlə yetirildi.  Fransız yazıçısı Jan Kevr Ağa Məhəmməd şah Qacarın ömür yolundan bəhs edən “Xacə şah” romanını yazıb.

Bəs, avqustun 13-də dünyada daha hansı hadisələr baş verib?

1. 13 avqust 1928-ci ildə dünyada ilk rəngli televiziya proqramı yayımlanıb. Proqramın nümayişi şotland alimi Con Berdin əsasını qoyduğu Avropa səhmdar şirkətinə məxsus radiostansiya vasitəsilə Londonda həyata keçirilib. Bununla da Berd müasir rəngli televizorların ilk modelini hazırlayıb.

2. 1961-ci ilin 13 avqustundan Berlini ikiyə bölən və “Soyuq müharibə”nin simvolu sayılan divar inşa edilməyə başlandı. Uzunluğu 46 kilometr olan Berlin divarı şəhərin şərq və qərbini 30 il boyu fiziki olaraq bir-birindən ayırdı. Alman xalqının faciəvi rəmzi olan bu divar 1989-cu ildə dağıdılanda həm də bütün dünyada sosializm sisteminin parçalanma rəmzinə çevrildi.

3. 13 avqust 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan (Ronald Reagan) "İran-Kontra qalmaqalı" ilə bağlı məsuliyyət daşıdığını rəsmi olaraq qəbul etdi. Qeyd edək ki, qalmaqal podpolkovnik Oliver Nortun rəhbərliyi altında olan bir qrupun qeyri-qanuni olaraq İrana Amerika silahlarını satması və əldə edilən gəlirin Nikaraquadakı sosialist hökuməti devirmək üçün mübarizə aparan silahlı qruplara köçürüldüyünün öyrənilməsi ilə ortaya çıxmışdı.

4. Dünyada yaşayan solaxaylar hər il avqustun 13-nü Ümumdünya Solaxaylar Günü kimi qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə təsis edilib. Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Dünyada solaxay məşhurlar da çoxdur.
 

Buna misal olaraq, Leonardo da Vinçi, Yuli Sezar, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçill, Ronald Reyqan, Barak Obama, Bill Qeyts və başqalarını göstərmək olar.


13 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 13 avqust 1899-cu ildə Amerika rejissoru, “Oskar” mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

2. Kuba inqilabının rəhbəri, Kuba Dövlət Şurası və Nazirlər Sovetinin sədri Fidel Kastro 1926-cı ilin 13 avqustunda doğulub. 23 yaşında (1949) Havana Universitetinin hüquq fakültəsini, sonra aspiranturasını bitirib. Kastro 1952-ci ilin martında Batista diktatirasını devirmək məqsədilə hərbi-siyasi təşkilat yaradıb.
 

Bir il sonra (1953) hakimiyyət orqanları onu 15 il azadlqıdan məhrum edib. Amma 2 il sonra (1955) o, amnistiyaya düşərək həbsdən buraxılıb. Fidel Kastronun rəhbərlik etdiyi partizan müharibəsi nəticəsində 1959-cu il yanvarın 1-də Batista diktaturası devrilib.


Həmin ilin fevralından o uzun illər Kuba respublikasının başçısı olub. (1926-2016)

3. Fantastik ədəbiyyatın Jül Vern kimi ikinci böyük dahisi olan ingilis jurnalisti və tarixçisi Herbert Corc Uells 13 avqust 1956-cı ildə 80 yaşında dünyadan köçüb. Onun qələmə aldığı "Zaman maşını", "Dünyalar müharibəsi" və "Gözəgörünməz adam" əsərləri bir çox dilə tərcümə edilib və əsasında filmlər çəkilib. (1866-1956)  

4. Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Rəhilə Hacıbababəyova 1882-ci ilin bu günü Tiflisdə anadan olub və oradaca Müqəddəs Nina Məktəbini bitirib. Bakıdakı Rus-Azərbaycan Qız Məktəbində pedaqoji fəaliyyətə başlayan Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə paytaxtda Azərbaycan dilində qızlar üçün ikisinifli məktəb açılıb və özü də uzun illər həmin məktəbdə müdir olub. (1882-1954)

5. 13 avqust 1944-cü ildə Əməkdar artist Mansur Mansurov (1944 – 22.4.2020) Bakıda doğulub. 1970-ci ildən ömrünün sonuna qədər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

6. 13 iyul 1889-cu ildə maarif və mədəniyyət xadimi Xosrov Axundzadə (1889–1960) Şuşada anadan olub.

7. 13 iyul 1910-cu ildə yazıçı-dramaturq, tərcüməçi Nağı Nağıyev (1910–1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.

8. 13 iyul 1926-cı ildə Xalq rəssamı Vidadi Nərimanbəyov (1926–2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir.  20-dək ölkədə sərgisi keçirilib.

9. 13 iyul 1936-cı ildə kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.

10. 13 iyul 1946-cı ildə bəstəkar Eldar Rüstəmov (1946–2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb.

11. 13 iyul 2001-ci ildə Xalq şairi Mirvarid Dilbazi (19.8.1912 – 2001) vəfat edib. . “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

End of content

No more pages to load

RADİO