Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 101,6 mln. manat xərclənib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 6% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.
Bizim.Media