27 min manat vermişdi - Pulu da getdi, torpağı da...

Bakı şəhər sakini Abbasova Yasəmən Şəmil qızı Yeni Ramana qəsəbəsində 27 min manata aldığı torpaq sahəsinin sonradan kənd təsərrüfatı təyinatlı olduğunu öyrənib.

Bizim.Media xəbər verir ki, qafqazinfo.az-a müraciət edən Y.Abbasovanın sözlərinə görə, 2021-ci ildən etibarən Amil və Anar adlı “makler”lər ödənişi geri qaytaracaqları vədi ilə onu aldadırlar.

Şikayətçi bildirib ki, artıq 4 ildən çoxdur pulunu geri ala bilmir:
 

“2021-ci ilin yanvarında Yeni Ramana qəsəbəsi, sosial evlərin yanında mənə 27 000 manata 6 sot torpaq satıblar. Pulu Amil adlı “makler”ə vermişik.


Qiyməti danışanda və torpağın yerini göstərəndə isə Anar adlı şəxs də orada olub. Bizə torpağın satılması ilə bağlı etibarnamə verdilər.

O vaxt mən həmin ərazidə ev tikmək istəyirdim. Suraxanı Rayon İcra Hakimiyyətinə gedəndə isə bizə dedilər ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlıdır, bu torpaqda ev tikmək olmaz.

O vaxtdan biz Anar və Amil bəydən pulumuzu almağa çalışırıq.
 

Bu gün-sabah edə-edə ödədiyimiz vəsaiti geri qaytarmırlar. Bildirirlər ki, torpaq satılandan sonra bizim ödənişi qaytaracaqlar. Bir ildən çoxdur ki, Yeni Ramanada olan əksər torpaqlar kimi, mənim aldığım ərazi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb”.


Yasəmən Abbasovanın ittiham etdiyi Amin Quliyev saytımıza açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir: “O torpaq kənd təsərrüfatı təyinatlıdır deyə, əvəzinə Türkan qəsəbəsində torpaq ayrılıb.

Mən “makler” işləyirdim, Anar Hüseynovla birlikdə onun torpağını satmışıq.
 

Sonra həmin torpaqlarda problem çıxıb deyə xanıma yenidən torpaq ayrılıb. Bu gün, ya sabah həmin torpağın sənədi götürülməlidir. Bizdə təkcə o xanım yox, təqribən 50 belə iş var.


Ona görə bizim işimiz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir.
 

Anar Hüseynov mənə deyib ki, bu məsələ bir-iki günə həllini tapacaq. Ödənişin geri qaytarılması ilə bağlı isə heç bir məlumat yoxdur”.


Amin Quliyevin barəsində bəhs etdiyi Anar Hüseynovla da əlaqə saxladıq.

O, əvvəlcə Amini tanıdığını bildirsə də, sonradan fikrini dəyişdi:
 

“Amini tanıyıram, onu isə (red. şikayətçi Yasəmən Abbasovadan bəhs edir) tanımıram. Mən “makler” deyiləm, idmanla məşğul oluram. Soyadım isə “Hüseynov” yox, “Həsənov”dur. Amin bəyi də tanımıram.


Mənim Korrupsiyada heç bir işim yoxdur”.
 

Məlumat üçün bildirək ki, faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Artıq iş üzrə ilkin araşdırma da başa çatıb.


Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

Azərbaycanda əhalinin gəlirləri ARTIB

Azərbaycanda əhalinin gəlirləri ARTIB

İpoteka limitləri yenidən AÇILIR - Vətəndaşlara mühüm XƏBƏR

İpoteka limitləri yenidən AÇILIR - Vətəndaşlara mühüm XƏBƏR

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovaya amnistiya aktı ŞAMİL EDİLDİ

Eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovaya amnistiya aktı ŞAMİL EDİLDİ

Bu ölkədə qadın ordu komandanı təyin edildi – İLK DƏFƏ

Bu ölkədə qadın ordu komandanı təyin edildi – İLK DƏFƏ

Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Qubada 3 metr QAR: Yollar belə təmizlənir – FOTO/VİDEO

Qubada 3 metr QAR: Yollar belə təmizlənir – FOTO/VİDEO

Bəhlul Mustafazadə nə vaxt məşqlərə QAYIDACAQ?

Bəhlul Mustafazadə nə vaxt məşqlərə QAYIDACAQ?

Rezidenturaya ərizə qəbulu BAŞLADI

Rezidenturaya ərizə qəbulu BAŞLADI

Ukrayna üçün TARİXİ FÜRSƏT – 90 milyardlıq yardım savaşın SEYRİNİ DƏYİŞƏCƏK?

Ukrayna üçün TARİXİ FÜRSƏT – 90 milyardlıq yardım savaşın SEYRİNİ DƏYİŞƏCƏK?

End of content

No more pages to load

RADİO