Azərbaycanın bu ərazisində dəniz 2 km GERİ ÇƏKİLİB – FOTO

Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.

Bizim.Media “Report.az”a istinadən xəbər verir ki, bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.

Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir.

Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.

Ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.
 

Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5–2 km geri çəkilib.


Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalıq yolunda “qar divar”lar - FOTO

Xınalıq yolunda “qar divar”lar - FOTO

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

“Qəbələ”də ciddi İTKİ

“Qəbələ”də ciddi İTKİ

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

6 ildir axtarılırdı - Qalıqları tapıldı

6 ildir axtarılırdı - Qalıqları tapıldı

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

End of content

No more pages to load

RADİO