“Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər”

Avqustun 11-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.

Bizim.Media xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib.

Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. “Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər”, - deyə zərərçəkmiş şəxs bildirib.
 

Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb.


Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

“Qəbələ”də ciddi İTKİ

“Qəbələ”də ciddi İTKİ

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

6 ildir axtarılırdı - Qalıqları tapıldı

6 ildir axtarılırdı - Qalıqları tapıldı

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

76 ildən sonra ilk dəfə - VİDEO

76 ildən sonra ilk dəfə - VİDEO

End of content

No more pages to load

RADİO