Qiymət özbaşınalığı: Bazarda 2 manat 50 qəpik, dükanda isə 5 manat...

Son illər Azərbaycanda bir sıra məhsulların qiymətində davamlı artım müşahidə olunur. Xüsusilə ərzaq və gündəlik tələbat mallarının bahalaşması əhalinin sosial rifahına birbaşa təsir göstərir. Cəmiyyət arasında isə bu artımların süni şəkildə həyata keçirildiyinə dair fikirlər geniş yayılıb. Lakin məsələ göründüyündən daha mürəkkəbdir.

Qiymət artımını yalnız pərakəndə satış məntəqələrinin fəaliyyəti ilə əlaqələndirmək əsas səbəbləri kölgədə qoyur.

Əksər vaxtlarda kiçik ərzaq və tərəvəz dükanları qiymət baxımından iri supermarketlərin qarşısında "at oynadır". Məsələn, "Qara Qarayev" metrostansiyasının yaxınlığındakı bazardakı qiymətlə o əraziyə yaxın dükanda tərəvəzlərin qiymətləri arasında xeyli fərq var. Qara Qarayev bazarında moruğun qiyməti 2,50 manat qəpikdirsə, tərəvəz dükanlarında bu rəqəm 4-5 manatdır. Eyni halı soyuq içkilər haqqında da demək olar.

İri marketlərdə 1 litrlik "Coca-Cola" 1 manat 40 qəpikdirsə, kiçik dükanlarda 1 manat 80 qəpiyə satılır.   

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə Musavat.com-açıqlamasında bildirib ki, hazırda ölkədə süni qiymət artımı anlayışından danışmaq doğru deyil.

Onun sözlərinə görə, qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün bu sahədə qiymətləri müəyyən edən əsas faktorlar bazardakı rəqabət mühiti və inhisarçılıqdır:

"Əslində, bizdə qiymətə dövlət müdaxilə etmir. Qiymətlər bazar iqtisadiyyatının prinsiplərinə əsasən formalaşır. Problem ondadır ki, bazarda rəqabət yoxdur və bəzi hallarda inhisarçı yanaşma müşahidə olunur. Bu da qiymətlərin artmasına səbəb olur".

Natiq Cəfərlinin fikrincə, qiymət artımı ilə bağlı pərakəndə satış məntəqələrində deyil, əsasən topdansatış şirkətləriylə bağlı araşdırmalar aparılmalıdır:

"Çünki pərakəndə satış subyekti istədiyi qiymətə məhsul sata bilər. Onun əsas öhdəliyi dövlətdən vergidən yayınmamaq və zərərli məhsulların satışına imkan verməməkdir. Qiymət formalaşdırmaq onun hüququdur. Əsas diqqət topdansatış seqmentinə yönəlməlidir. Ölkəyə mal gətirən şirkətlərə ciddi nəzarət olunmalıdır, çünki biz idxaldan çox asılıyıq. Məhz bu şirkətlər qiymət diktəsi həyata keçirməyə cəhd göstərirlər".

Ekspert hesab edir ki, bu sahədə effektiv nəzarət mexanizmləri qurulmasa, qiymətlərin artması davam edəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çingiz Qənizadə:Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Çingiz Qənizadə:Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

“Qəbələ”də ciddi İTKİ

“Qəbələ”də ciddi İTKİ

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

6 ildir axtarılırdı - Qalıqları tapıldı

6 ildir axtarılırdı - Qalıqları tapıldı

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

76 ildən sonra ilk dəfə - VİDEO

76 ildən sonra ilk dəfə - VİDEO

End of content

No more pages to load

RADİO