Yayın ƏVƏZOLUNMAZI – İsti havada bu içkilərin qəbulu MÜTLƏQDİR!

Yay aylarında tərəvəzdən hazırlanan şirələr və bitki çayına üstünlük vermək lazımdır. Amma ümumilikdə içki seçiminə xüsusi diqqət yetirilməlidir.

Tibbi baxımdan ən fizioloji uyğun içkilər bunlardır: içməli su (ümumi minerallaşması 200-500 mq/l), mineral sular, bitki çayları (şəkərsiz, temperatur 15-20°C) və tərəvəz şirələri.

Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) tövsiyələrinə əsasən maye istehlakının əsas normaları qorunmalıdır. "Kişilər gün ərzində 2,5-3,0 litr (bunun 70-80%-i təmiz su olmalıdır) qəbul etməlidir. Qadınlar isə 2,0-2,5 litr içməlidir. 4-8 yaş uşaqlar 1,6, 9-13 yaş oğlanlar 2,1, (Qızlar isə 1,9), yeniyetmələr isə isə 2,5-3 litr içməlidir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, deyib ki, yayda insanlarda maddələr mübadiləsinin sürəti aşağı düşür:

“Eyni zamanda havanın temperaturu yüksək olduğundan orqanizmi mayeyə daha çox tələbat duyur. Maye tələbatını ödəmək üçün yaxşı olar ki, çoxlu su qəbul edilsin. Burda da təmiz suyun qəbulu vacibdir. Təmiz su və ayran orqanizmdəki maye balansını təmin edə bilir. İsti havalarda sutkada bədən çəkisinin hər kiloqramına görə 0,30 milliqram suyun qəbulu tövsiyə olunur.

Eyni zamanda, su əvəzinə çay və kofe də qəbul oluna bilər. Ancaq bunlar ac qarnına qəbul edilməməlidir və sutkada 1-2 fincanı keçməməlidir. Çünki çayın və kofenin tərkibindəki kofein insan orqanizmindəki enerji itkisini tez bərpa eləsə də, susuzluq üçün qəbul edilən mayeni heç də əvəz etmir”.

Müsahibimizin fikrincə bitki çaylarından da istifadə olunmalıdır:
 

“Lakin bitkiləri seçərkən mütəxəssis rəyi nəzərə alınmalıdır. Çünki bir sıra bitkilər müalicəvi  olduğuna görə orqanizmə yan təsirləri ola bilər. Nanə, kəklikotu, mixək, hil və mədədə heç bir problem yoxdursa az bir miqdarda zəncəfirdən də istifadə oluna bilər. Bu susuzluğun qarşısını almaqla yanaşı maddələr mübadiləsinin sürətini yaxşılaşdır.


Eyni zamanda yaxşı olar ki, isti günlərdə meyvə-tərəvəzlərə daha çox yer verilsin. Sutkada 4-5 ədəd tərəvəz və 2-3 meyvənin qəbulu pis olmaz. Gün ərzində 150 qram albalı, çiyələk və gilas yemək mümkündür. Təbii ki, qarpız və yemiş də yayın vazkeçilməzlərindəndir. Amma bunları qəbul edərkən miqdara da fikir vermək lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalıq yolunda “qar divar”lar - FOTO

Xınalıq yolunda “qar divar”lar - FOTO

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

“Qəbələ”də ciddi İTKİ

“Qəbələ”də ciddi İTKİ

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

6 ildir axtarılırdı - Qalıqları tapıldı

6 ildir axtarılırdı - Qalıqları tapıldı

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

End of content

No more pages to load

RADİO