Arıqlamaq uğrunda ÖLÜM – İnsanları aldadan reseptlərlə bağlı XƏBƏRDARLIQ

Müasir insanın problemlərindən biri də piylənmədir. Piylənmə, orqanizmdə gedən dəyişikliklər, həmçinin, arıqlamanın səbəblərini mütəxəssislər öyrənib, ona qarşı mübarizə aparırlar. Lakin bəzi insanlar arıqlamaq və ya kökəlmək üçün internetdə yazılan təsadüfi reseptlə mübarizə üsulunu seçirlər. Bu da həmişə uğurlu olmur. Nəinki uğurlu olmur, hətta insan ölümü ilə nəticələnir.

Ötən həftə 34 yaşlı Sumqayıt şəhər sakini arıqlamaq üçün sirkə turşusu içib və zəhərlənərək həyatını itirib.
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlamaq istəyənlər üçün HƏYƏCAN TƏBİLİ – Bu pəhriz ÖLDÜRÜR!


Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-terapevt Rasif Bağırov deyib ki, sosial şəbəkələrdə bəzi reseptlər çox inandırıcı yazılır ki, bunlar da insanları aldadır:

“Sosial şəbəkələrdə həkimliklə əlaqəsi olmayan, güclü fantaziyası olan insanlar müəyyən reseptlər yazıb paylaşırlar. Onlar elə inandırıcı yazırlar ki, insanlar da onlara inanırlar.

Ümumiyyətlə, insan bədəninin kök və ya arıq olmasının müxtəlif səbəbləri var. Birinci növbədə xəstənin kök və ya arıq olması araşdırılmalıdır. Bəzən serotonin çatışmazlığı nəticəsində insan piylənməyə meyilli olur. Serotonin insanın beynində fəlaiyyət göstərir və əsəb sisteminin normal olmasını təmin edir, o çatışmayanda isə piylənmə baş verir.

Birinci, səbəbi müəyyən etmək lazımdır. Səbəb aşkar olunduqda qarşısını almaq üçün müxtəlif prosesləri icra etmək olar. İnsan gün ərzində qəbul etdiyi kalorini həmin gün ərzində sərf edə bilmirsə, o, mütləq kökələcək. İnsanların böyük əksəriyyəti gününü oturaq şəraitdə keçirir və birdən-birə kökəlmə gedəndə piyada gəzməyə, idman hərəkətləri etməyə əziyyət çəkir. Bədənə daxil olan kalorini istifadə etmirsənsə, mütləq kökələcəksən.

Əgər iş oturaqdırsa, qəbul olunan kalorini sərf edə bilmirsənsə, deməli, qəbul olunan kalorinin miqdarını azaltmalısan. Yəni gündəlik hərəkətlə qəbul olunan kalori çıxıb getməlidir. Sirkə və müxtəlif məmulatların tətbiqi mənasızdır. Çünki sirkənin normadan artıq qəbulu insanın bədənindəki su mühitini (PH) kəskin şəkildə aşağı salır. Yəni turşuluğa çox meyilli olurlar, bu da olanda hüceyrələrin kütləvi ölümü və insanın öz ölümünə səbəb olur”.

Həkim bildirib ki, insanlar orqanizmdə gedən prosesləri bilmədikləri üçün belə hallar yaşanır:
 

“İnsan ömrünün uzun olması insan bədənində suyun qələviyə nə qədər meyilli olmasından daha çox asılıdır, nəinki turşuya meyilli olmasından...


İnsanlar bədəndə gedən prosesi bilmədiklərinə görə, belə şeylərdən istifadə etməklə bədəndə əlavə xəstəliklər yaradırlar. Ona görə də internetdə yazılanları tətbiq etməməlidirlər. Onlar həkimə, diyetoloqa müraciət edib məsləhət alıb, kökəlmənin səbəbini aydınlaşırmalı, o səbəblə mübarizə aparmalıdırlar. Əks təqdirdə bir ton sirkə içib özünü öldürə bilərsən, amma arıqlaya bilməzsən”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

End of content

No more pages to load

RADİO