BİZİM TƏQVİM:9 avqustda baş vermiş mühüm TARİXİ HADİSƏLƏR

1920-ci ilin bu günündə bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini oradan vurub çıxarıb.

Bolşeviklərin gəlişi daşnakların Zəngəzur bölgəsindəki azərbaycanlı əhaliyə qarşı qırğınlarının qarşısını, qismən də olsa aldı. Lakin çox keçməmiş bu “xilaskarlıq” əks üzünü göstərdi və Zəngəzur Sovet Ermənistanına verildi.

Bəs, avqustun 9-da dünyada daha hansı hadisələr baş verib?

1. Dünyanın ən məşhur tarixi abidələrindən olan Piza qülləsinin zəng qisminin inşası 1173-cü ilin 9 avqustundan başladı. 8 mərtəbəli 56 metrlik bu qüllənin tikintisi bundan 27 il sonra (1190) tamamlandı.

2. 9 avqust 1915-ci ildə türk polkovniki Mustafa Kamal Paşanın tabeliyindəki Osmanlı hərbi birlikləri Çanaqqala Gelibolu yarımadasındakı Anafartalar bölgəsini ələ keçirməyə çalışan İngiltərə və müttəfiqlərinin hərbi qüvvələrini darmadağın edərək Birinci Anafartalar Zəfərini qazandı.

3. 1919-cu ilin bu günündə Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan tam asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib. Razılaşma ölkədə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında xalq hərəkatını alovlandırıb.

Təbrizdə ingilis hökmranlığına qarşı çıxışlar başlanıb, İran şahının valisi şəhərdən qovulub. Bundan sonra əhalinin tələbi ilə ingilis hərbi birləşmələri də Təbrizdən çıxarılıb. Sənəddə İran tərəfi Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hər hansı ərazi iddiası olmadığını bildirmişdi.

4. 1942-ci il 9 avqustda Hindistandakı qiyamlarda Mahatma Qandi (Mahatma Gandhi) və 50 tərəfdarı İngiltərə müstəmləkə hökuməti tərəfindən həbs olundu.        

5. 1942-ci ilin 9 avqustunda Uolt Disneyin “Bembi” tammetrajlı cizgi filmi ilk dəfə ekrana çıxıb. 

6. 1945-ci ildə Hirosimadan sonra avqustun 9-da Amerika Birləşmiş Ştatları Yaponiyanın ikinci şəhəri Naqasakiyə atom bombası atdı. Hücumda 40 min adam həyatını itirdi. İmperator Hirohito müttəfiqlərə təslim olmaq məcburiyyətində qaldı.

Elə həmin gün SSRİ tərəfindən Yaponiyaya müharibə elan olundu. Daha çox formal xarakter daşıyan bu müharibədə SSRİ Cənubi Kuril adalarını işğal etdi. Amma bu günə qədər Rusiya ilə Yaponiya arasında mövzu ilə əlaqədar müqavilə imzalanmayıb. 

7. 9 avqust Sinqapurun müstəqillik günüdür.

8. Kipr Barış Hərəkatından sonra, 1975-ci ilin 9 avqustundan 9 min türk ev-eşiklərindən ayrılaraq adanın cənubundan şimalına köç etməyə başladı.

9. 9 avqust 1992-ci ildə Barselonada 25-ci Olimpiada Oyunları başlandı.

10. 1992-ci ilin bu günündə Azərbaycan Milli Ordusu Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyiblər. Başkənd vaxtilə Azərbaycan ərazisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub.

Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi və orada çoxsaylı hərbi qüvvələrini yerləşdirmişdi.

9 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur İtaliya fiziki və kimyaçısı Amedeo Avaqadro 1776-cı ilin bu günü dünyaya gəlib.  

2. İlk Azərbaycanlı generallardan biri Hüseyn xan Naxçıvanski 9 avqust 1863-cü ildə doğulub.

3. Azərbaycanın tanınmış mədəniyyət xadimi, dramaturq, şair və publisist Mirzə Məhəmməd Axundzadə 1875-ci ilin 9 avqustunda anadan olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da xidmətləri olan Mirzə Məhəmməd bu dövrdə (1918-1920) maarif nazirinin müavini vəzifəsində çalışıb. O həmçinin Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüsçülərindən biri olub. (1875-1923)

4. 9 avqust 1912-ci ildə Əməkdar mədəniyyət işçisi, jurnalist, kino xadimi Bağır Seyidzadə (1912-1968) doğulub. Respublikanın Kinematoqrafiya naziri (1949-1952), Mədəniyyət nazirinin müavini, Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) sədr müavini işləyib.

5. Azərbaycanın məşhur qarmon ustası Teyyub Dəmirov 9 avqust 1970-ci ildə dünyasını dəyişib.

6. 9 avqust 2022-ci ildə Əməkdar rəssam Arif Məhərrəmov (5.8.1948 – 2022) vəfat edib. O “Azərbaycanfilm”də bir sıra bədii və animasiya filmlərinin quruluşçu rəssamı olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO

Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO

Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

Şəkidə 50 yaşlı sakin QƏTLƏ YETİRİLDİ

Şəkidə 50 yaşlı sakin QƏTLƏ YETİRİLDİ

Rəsmi Paris Ukraynadakı səfirliyimizin raket zərbəsinə məruz qalmasını PİSLƏDİ

Rəsmi Paris Ukraynadakı səfirliyimizin raket zərbəsinə məruz qalmasını PİSLƏDİ

Rusiyada aeroport BAĞLANDI

Rusiyada aeroport BAĞLANDI

Bu şəxslərin ölkədən çıxışı QADAĞANDIR

Bu şəxslərin ölkədən çıxışı QADAĞANDIR

"Muğam müsabiqəsi"ndə münsiflər eyni xal verirlər, nəyinə baxım?"

"Muğam müsabiqəsi"ndə münsiflər eyni xal verirlər, nəyinə baxım?"

İlqar Hacıyev Baş Prokurorluğa ÇAĞIRILDI

İlqar Hacıyev Baş Prokurorluğa ÇAĞIRILDI

ABŞ serblərə ŞƏRT QOYDU

ABŞ serblərə ŞƏRT QOYDU

"Qalatasaray" Barış Alper Yılmazı göndərməyə HAZIRLAŞIR

"Qalatasaray" Barış Alper Yılmazı göndərməyə HAZIRLAŞIR

Tunelin sonunda işıq: Bu BÜRCLƏR bütün problemlərini unudacaqlar

Tunelin sonunda işıq: Bu BÜRCLƏR bütün problemlərini unudacaqlar

Alim Qasımov Daşkənddə mükafatlandırıldı - FOTO

Alim Qasımov Daşkənddə mükafatlandırıldı - FOTO

İslam Oyunları: Həndbol millimiz ilk oyunda məğlub oldu

İslam Oyunları: Həndbol millimiz ilk oyunda məğlub oldu

Ermənistanda ZƏLZƏLƏ OLDU

Ermənistanda ZƏLZƏLƏ OLDU

Şəkidə iki nəfərə it HÜCUM ETDİ

Şəkidə iki nəfərə it HÜCUM ETDİ

“Telegram”dan sutkalıq REKORD

“Telegram”dan sutkalıq REKORD

Prezident Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində - FOTO

Prezident Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində - FOTO

Millimiz Şimali İrlandiya ilə QARŞILAŞIR

Millimiz Şimali İrlandiya ilə QARŞILAŞIR

Ukrayna BU TARİXDƏ Aİ-nin üzvü olacaq

Ukrayna BU TARİXDƏ Aİ-nin üzvü olacaq

“Marqarinə qatqı əlavə edib kərə yağı adı ilə satırlar” – SENSASİON AÇIQLAMA

“Marqarinə qatqı əlavə edib kərə yağı adı ilə satırlar” – SENSASİON AÇIQLAMA

Leyla Əliyeva Mingəçevirdəki "Yaşa" mərkəzindən paylaşım etdi - FOTO

Leyla Əliyeva Mingəçevirdəki "Yaşa" mərkəzindən paylaşım etdi - FOTO

ABŞ Almaniyaya 3,5 milyard dollarlıq raket SATACAQ

ABŞ Almaniyaya 3,5 milyard dollarlıq raket SATACAQ

End of content

No more pages to load

RADİO