Fırıldaqçılardan yeni hiylə: Bütün yaxınlarınızı xəbərdar EDİN!

Son zamanlar ölkədə kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur. İnternet və mobil texnologiyaların geniş yayılması fonunda fırıldaqçılar daha hiyləgər üsullara əl ataraq vətəndaşları aldadıb onların bank kartı məlumatlarını ələ keçirir, hesablarındakı vəsaitləri qanunsuz yollarla mənimsəyirlər. Ən çox rast gəlinən hallardan biri saxta zənglər, mesajlar və ya linklər vasitəsilə insanlara bank və ya rəsmi qurum adından müraciət edilməsidir. 

Bəs dələduzlardan necə qorunmaq olar?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan texnoloq Elvin Həsənov bildirib ki, bank kartlarına qarşı edilən dələduzluqların qarşısını almağın başlıca yolu vətəndaşların texnoloji cəhətdən maariflənməsi və ehtiyatlı davranmasından keçir:

“Bir çox halda bu cür halların baş vermə səbəbi kart istifadəçilərinin texnoloji təhlükəsizlik qaydalarına riayət etməməsi və sosial mühəndislik hiylələrinə inanması ilə bağlı olur. İlk növbədə vətəndaşlar bilməlidirlər ki, bank və ya digər rəsmi qurumlar heç vaxt SMS-lə gələn təsdiq kodu, kartın CVV kodunu və ya şəxsi PIN məlumatlarını istəmir. Əgər biri zəng edərək bu məlumatları tələb edirsə, bu artıq fırıldaqçılıq əlamətidir və dərhal həmin zəng dayandırılmalıdır”.

Texnoloqun sözlərinə görə, internetdə edilən alış-veriş zamanı yalnız rəsmi və təhlükəsizlik sertifikatı olan saytlardan istifadə edilməlidir.

Tanımadığınız linklərə keçid etmək, sosial şəbəkələrdə yayılan “bonus qazandınız” tipli şübhəli elanlara klikləmək fırıldaqçıların ən çox istifadə etdiyi üsullardandır:
 

“Smartfondakı zərərli proqramlar vasitəsilə şəxsi məlumatların oğurlanması halları da artıb. Bu səbəbdən, vətəndaşlara tövsiyə olunur ki, əsas kartlardan əlavə virtual və ya limiti az olan kartlardan istifadə etsinlər. Bu, onlayn ödənişlər zamanı mümkün riski xeyli azaldır”.


E.Həsənov həmçinin əlavə edib ki, bütün ödənişlər üzrə SMS və ya mobil tətbiq bildirişləri aktiv saxlanmalıdır. Bu, icazəsiz əməliyyatların dərhal aşkar olunmasına imkan yaradır. Əgər hər hansı şübhəli əməliyyat müşahidə olunarsa, ilk növbədə bankla əlaqə saxlanmalı, kart blok edilməli və hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO