BİZİM TƏQVİM: 8 avqust tarixində baş vermiş mühüm hadisələr

8 avqust 1991-ci ildə Ermənistan ərazisində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi – Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib. Erməni qüvvələri kəndin əhalisini zorla deportasiya ediblər.

1988-ci ildə Ermənistanda azərbaycanlı əhaliyə qarşı başlanan etnik təmizləmə sona çatıb.

Qeyd edək ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir.

1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi.
 

1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.


Bəs, avqustun 8-də daha hansı hadisələr baş verib?

1. İspaniya kralı II Felipenin İngiltərəni işğal üçün göndərdiyi böyük donanma 1588-ci ilin 8 avqustunda Manş dənizindəki döyüşdə ağır məğlubiyyətə uğradı.

Bu zəfər kraliça I Yelizavetanın (Elizabeth) rəhbərliyi altındakı İngiltərənin müstəmləkə siyasətini başlamasına yol açdı.

2. 8 avqust 1925-ci ildə Torontoda ilk dəfə işıqfor quraşdırılıb.

3. 1937-ci ilin bu günündə Çinin paytaxtı Pekin yaponlar tərəfindən ələ keçirilib.

4. 1945-ci ilin bu günü SSRİ, ABŞ, Böyük Britaniya və Fransa müvəqqəti hökuməti İkinci Dünya Müharibəsinin əsas hərbi canilərinin təqib olunması və cəzalandırılması üçün beynəlxalq hərbi tribunal yaratdılar.

Sazişə görə, tərəflərdən hər biri bu məhkəmə orqanına 2 nümayəndə göndərdi.

Beynəlxalq hərbi tribunalın hökmü qəti hesab olunurdu və müzakirə edilmirdi.

1945-ci il noyabrın 20-də Nürnberqdə faşistlərə qarşı ilk məhkəmə prosesi başladı.
 

Məhkəmə təhqiqatı təxminən 1 il davam etdi və sonda faşist Almaniyasının 12 yüksək rütbəli məmuruna ölüm hökmü çıxarıldı. 


5. 8 avqust 1949-cu ildə Strasburqda Avropa Şurasının ilk iclası keçirilib.

6. 8 avqust 1974-cü ildə ABŞ prezidenti Riçard Nikson "Watergate" qalmaqalına görə istefa verdi.  R.Nikson istefa verən ilk ABŞ prezidentidir. Onun yerinə dövrün vitse-prezidenti Cerald Ford keçdi. Bununla C.Ford ABŞ-ın seçilməmiş ilk prezidenti kimi tarixə düşdü.

7. 2008-ci ilin 8 avqustunda Gürcüstan-Rusiya baş verib. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlayıb. Cəmi bir həftə davam edən bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.

8. 2008–ci ilin bu günündə Çinin paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Avqustun 24-dək davam edən Olimpiadada 205 ölkə təmsil edilib. 302 dəst medal uğrunda 10 min 500 idmançı mübarizə aparıb. Azərbaycan idmançıları Olimpiadada 7 medal qazanıblar.

8 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Kvant mexanikasının yaradıcılarından biri, görkəmli ingilis fizika nəzəriyyəçisi, London Kral Cəmiyyətinin üzvü Pol Dirak 1902-ci ilin bu günü anadan olub.

2. Bosniya-Herseqovina respublikasının ilk ölkə başçısı, "Müdrik kral" adlandırılan Aliya İzzetbeqoviç 8 avqust 1925-ci ildə dünyaya gəlib. (1925-2003)

3. Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Fəridə Məmmədova 8 avqust 1936-cı ildə dünyaya gəlib.

4. 8 avqust 1948-ci ildə Azərbaycanın tanınmış aktyoru, xalq artisti Rasim Balayev anadan olub.

Aktyor ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.

O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə tamaşaçıların sevgisini qazanıb.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Rasim Balayev “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda da filmlərə çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Əjdər Məcidov vəfat etdi

Əjdər Məcidov vəfat etdi

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

Bu gün təltif olunan generalların DOSYESİ

Bu gün təltif olunan generalların DOSYESİ

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Kənan Seyidova birinci müavin təyin edildi

Kənan Seyidova birinci müavin təyin edildi

“Park Yasamal” alıcılara geniş mənzil seçimləri təqdim edir – “Kristal”

“Park Yasamal” alıcılara geniş mənzil seçimləri təqdim edir – “Kristal”

Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ

Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ

Bu şəxslərə pomidor yemək zərərlidir

Bu şəxslərə pomidor yemək zərərlidir

Bakıda 20 yaşlı oğlan qəfil öldü

Bakıda 20 yaşlı oğlan qəfil öldü

Özünün və digərlərinin həyatını təhlükəyə atdı– Video

Özünün və digərlərinin həyatını təhlükəyə atdı– Video

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

"İşğaldan azad olunmuş ərazilərə köçənlərin sayı 90 mini ötüb"

"İşğaldan azad olunmuş ərazilərə köçənlərin sayı 90 mini ötüb"

Yad yerlərdə bulaqdan su içmək olmaz – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Yad yerlərdə bulaqdan su içmək olmaz – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

Ukrayna xarici könüllüləri orduya cəlb edir – YENİ PROQRAM TƏSDİQLƏNDİ

Ukrayna xarici könüllüləri orduya cəlb edir – YENİ PROQRAM TƏSDİQLƏNDİ

Trampdan İran rəhbərliyi ilə bağlı sərt açıqlama: Onların hamısı “ağıldan kəmdir” – VİDEO

Trampdan İran rəhbərliyi ilə bağlı sərt açıqlama: Onların hamısı “ağıldan kəmdir” – VİDEO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər – FOTO

Rusiyanın dron hücumu: ABŞ şirkətinin Kiyevdəki anbarı yararsız hala düşdü

Rusiyanın dron hücumu: ABŞ şirkətinin Kiyevdəki anbarı yararsız hala düşdü

End of content

No more pages to load

RADİO