Qaranlığa qərq olan Bakıətrafı QƏSƏBƏLƏR – İşığın verilməsindəki fasilələr NİYƏ BİTMİR?

Son günlər paytaxtın müxtəlif ərazilərində işığın verilməsində fasilələr yaranıb. “Bakı işıq üzü görmür” desək yanılmarıq. Xüsusilə, Bakıətrafı qəsəbələrdə elektrik enerjisinin verilməsində ciddi fasilələr müşahidə olunur. Sakinlərin sözlərinə görə, işıqlar ya gündə bir neçə dəfə sönür, ya da ümumiyyətlə saatlarla bərpa olunmur.
 

Ən çox şikayət edilən ərazilər arasında Binəqədi, Biləcəri, Hövsan, Sabunçu, Günəşli, Ramana və Maştağa kimi böyük yaşayış məntəqələri yer alır. Havanın isti keçməsi səbəbindən soyuducu və kondisioner kimi məişət texnikasının dayanması sakinləri daha da narahat edir.


Hazırda paytaxtda temperatur 40-41 dərəcəyə qədər yüksəlib. İşığın uzun müddət verilməməsi mənzillərdə havalandırma, soyutma sistemlərinin işləməsinə mane olur ki, bu da sakinlərin, xüsusilə, yaşlı insanların səhhətinə mənfi təsir edir.

İddialara görə sözügedən problem əsasən sürətlə artan tikintilərlə bağlıdır. Yeni yaşayış massivlərinin və obyektlərin inşası mövcud enerji infrastrukturu üzərində əlavə yük yaradır. Lazımi texniki yeniləmələr və genişləndirmələr aparılmadığından, elektrik xətləri yüklənir və fasilələr yaranır.

Bəs, əsl səbəb nədir?

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, elektrik enerjisinin verilməsində yaranan fasilələr xətlərdəki yüklənmə ilə əlaqədardır.

Qeyd edilib ki, baş vermiş qəzalar operativ şəkildə aradan qaldırılır:

“İsti hava şəraitində elektrik xətlərində yaranmış yüklənmə ilə bağlı baş verən qəzaların operativ qaydada aradan qaldırılması üçün “Azərişıq” ASC-nin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı İdarələrində (RETSİ), şəhər və rayon Elektrik Şəbəkələrində (EŞ) qəza xidməti 24 saat fasiləsiz fəaliyyət göstərir.
 

Abonentlər tərəfindən müraciətlər daxil olduqdan sonra əməkdaşlarımız əraziyə cəlb olunur, yaranmış qəza hallarının qarşısı qısa vaxt ərzində alınır və elektrik enerjisinin verilişi bərpa olunur”.


Qurumdan, həmçinin elektrik xətlərində yarana biləcək yüklənmələrin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-nin paytaxt və regionlarda müvafiq gücləndirmə işlərini davam etdirdiyi də vurğulanıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO