Anomal istilərdə açıq havada iş DAYANDIRILIB? - AHİK-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi son günlər havanın temperaturu xeyli yüksəlib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə son günlər ölkə ərazisində isti hava şəraiti davam edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınır.

İsti havada işin təşkili qaydaları
 

Məlumdur ki, havanın temperaturunun 41 dərəcə selsidən çox olan hava şəraitində əmək qanunvericiliyin tələblərinə əsasən işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.


Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır

İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
 

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.


Anomal istilərdə əmək qanunvericiliyinin tələblərinin qorunması üçün həmkarlar təşkilatları hansı profilaktik tədbirlər həyata keçirir?

Mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK)  sorğu göndərdik.

Sorğumuza cavab olaraq AHİK-dən Bizim.Media-ya bildirilib ki, qurum işçilərin isti hava şəraitində sağlamlığının və təhlükəsizliyinin qorunması sahəsində aktiv və sistemli fəaliyyət göstərir:
 

“AHİK iş yerlərində fasilələrin verilməsi və işin dayandırılması qaydalarının Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tam uyğunluğunu təmin etmək məqsədilə mütəmadi olaraq ictimai nəzarət həyata keçirir.


Nümayəndələri vasitəsilə işəgötürənlərin qanunvericiliyə əməl etməsinə diqqət yetirir, işçilərin hüquqlarının pozulması hallarına qarşı operativ tədbirlər görür və media vasitəsilə bununla bağlı üzvlərə maarifləndirici məlumatlar çatdırır.
 

Eyni zamanda AHİK işçilər və işəgötürənlər arasında isti hava şəraitində təhlükəsizlik qaydaları mövzusunda seminarlar təşkil edərək sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına dəstək göstərir.


Bu tədbirlərdə işçilərə isti havada özlərini qorumaq, fasilələrdən düzgün istifadə etmək və sağlamlıq risklərini azaltmaq barədə ətraflı məlumatlar verilir.
 

AHİK kollektiv müqavilələrdə də isti hava şəraitində iş vaxtının tərkib hissəsi olan fasilələrin verilməsi, işin dayandırılması və əməkhaqqının tam ödənilməsi kimi prinsiplərin dəqiq əks olunmasında ictimai nəzarət edir.


Bu fəaliyyətlər nəticəsində AHİK işçilərin isti hava şəraitində sağlam və təhlükəsiz iş şəraitində çalışmasını təmin etməklə, həm qanunvericiliyin icrasına ictimai nəzarəti həyata keçirir, həm də işçilərin əməyinin və sağlamlığının müdafiəsində etibarlı tərəfdaş kimi çıxış edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO